Region
İran ABŞ və İsraili “cəhənnəm qapıları” ilə HƏDƏLƏDİ
“Əgər növbəti zərbələr baş verərsə, ABŞ və İsrail üçün “cəhənnəm qapıları” açılacaq”
Publika.az xəbər verir ki, bu bəyanatla İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının komandanı Əli Abdollahi çıxış edib.
O, ABŞ Prezidenti Donald Trampın ultimatumunu şərh edərkən söz verib ki, ABŞ və İsrail tərəfindən İranın infrastrukturuna yeni zərbələr endiriləcəyi təqdirdə onların qarşısında "cəhənnəm qapıları açılacaq".
Bundan əvvəl Tramp bəyan etmişdi ki, Tehranın Hörmüz boğazını açmaq və ya sövdələşmə bağlamaq üçün iki sutka vaxtı var, əks halda “İranın üzərinə bütün cəhənnəm çökəcək”.
Buna cavab olaraq Abdollahi vurğulayıb ki, İran bir saniyə belə tərəddüd etməyəcək və öz vətəndaşlarını, eləcə də milli aktivlərini qorumaq üçün bütün silahlı qüvvələrini işə salacaq. O, həmçinin xəbərdarlıq edib ki, yeni hücumlar baş verərsə, Tehran ABŞ və İsrailin istifadə etdiyi istənilən infrastruktura zərbələr endirəcək.
"Müharibənin ilk günlərindən etibarən vəd etdiyimiz hər şeyi yerinə yetirmişik. Bu mesajın mənası ondan ibarətdir ki, qarşınızda cəhənnəm qapıları açılacaq", — deyə komandan fikrini tamamlayıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Paytaxt Tehran da daxil olmaqla, ölkənin ən böyük şəhərləri zərbələrə məruz qalıb. Ağ Ev hərbi əməliyyatların başlamasını Tehrandan gələn raket və nüvə təhlükəsini zərərsizləşdirmək zərurəti ilə izah edib.
Hüseyn İbadlı
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi




































.jpg)
