Nida.az
“Azərbaycanı niyə satdın?” sualına Atatürkün yayımlanmayan CAVABI
Atatürkün XX əsrin əvvəlində Azərbaycan Demokratik Respublikasına yardım etmədiyinə dair iddialar zaman-zaman gündəmə gəlib.
Publika.az xəbər verir ki, Atatürkə qarşı bir çox ittihamlardan bəhs edən "Sözcü" qəzetinin məqaləsində "Azərbaycanı niyə ruslara satdın?" sualının da cavabı yer alıb.
Qəzet ittihamlar əsasında hazırladığı suallara tarixçi Sinan Meydanın Atatürkün dilindən hazırladığı cavabları təqdim edib.
Tarixçi S. Meydan Mustafa Kamal Atatürkü ən yaxından tanıyan
şəxslərdən biridir. Onun Azərbaycanla bağlı cavabları indiyə qədər
heç yerdə yayımlanmayıb.
"Azərbaycanı niyə ruslara satdın?" sualına Atatürkün cavabı:
"Mondoros müqaviləsinin 11-ci maddəsinə görə, türk ordusu
1918-ci ildə Azərbaycanı boşaltmaq məcburiyyətində qaldı. Mən
Naxçıvana qarşı erməni hücumlarına şiddətlə etiraz etdim. Hətta
Naxçıvanın müdafiəsi üçün zabitləri gizli şəkildə bölgəyə
göndərdim. Ruslarla razılıq əldə olunması üçün göndərdiyim Yusuf
Kemal bəyə "Naxçıvan türk qapısıdır. Bu məsələni nəzərə alaraq
əlinizdən gələni edin" əmrini verdim. Daha Qurtuluş savaşı vaxtında
Azərbaycanla dost münasibətləri qurdum. 18 noyabr 1921-ci ildə
təşkil olunan böyük bir mərasimlə Azərbaycan Sovet Sosialist
Cümhuriyyətinin bayrağını şəxsən mən Ankaradakı təmsilçiliyinin
binasına taxdım. Həmin vaxt çıxışımda Azərbaycan və Türkiyə
xalqlarının qardaş olduğunu diqqətə çatdırdım. "Qardaş Azərbaycan"
Qurtuluş savaşında Nərimanovun vasitəsilə bizə maddi yardımlar da
göndərib. Azərbaycanla mədəni əlaqələrə böyük önəm verdim. Misal
üçün, 1926-cı ildə Azərbaycanda bolşeviklər latın əlifbasına keçdi.
Biz də 1928-ci ildə latın əlifbasına keçərək, mədəni əlaqələrin
zəifləməsinin qarşısını aldıq. Qısası mən Azərbaycanın azadlığı
üçün mübarizə apardım. Həmçinin, bu mübarizəni digər məzlum
millətlər üçün də apardım".
Asif
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial4 May 18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial4 May 16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial4 May 16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz4 May 15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir




























.png)


.jpg)



