Bu şəxslər hərbi xidmətə aparılmayacaq
Bizi izləyin

Sosial

Bu şəxslər hərbi xidmətə aparılmayacaq

Bu şəxslər hərbi xidmətə aparılmayacaq

“Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə əsasən, tibbi qiymətləndirmə zamanı yastıayaqlı şəxsdə ayaq tağının hündürlüyü 17 mm-dən az olduqda (III dərəcə yastıayaqlılıq) müvafiq şərtlərə uyğun olaraq çağırışçı hərbi xidmətə yararsız hesab edilir”.

Publika.az xəbər verir ki, bunu DOST TV-də canlı yayımlanan “Sosial saat”verilişində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Çağırışçıların tibbi qiymətləndirilməsi departamentinin müdir müavini Günel Məmmədova izləyicilərin suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, nazirliyin “Tibbi şəhadətləndirmə” altsisteminə barəsində məlumatlar daxil edilmiş çağırışçının Agentlikdə yekun tibbi müayinəsinin keçirilməsi üçün altsistem tərəfindən avtomatik tarix müəyyən edilir və ona bu barədə məlumat verilir.

Tibbi qiymətləndirmə nəticəsində qəbul edilən yekun qərarla çağırışçı “mygov” portalındakı şəxsi kabineti vasitəsilə tanış ola bilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm