“Bura danışmaqxana deyil” - Spikerdən deputata irad
Bizi izləyin

Nida Xəbər

“Bura danışmaqxana deyil” - Spikerdən deputata irad

“Bura danışmaqxana deyil” - Spikerdən deputata irad

"Mənim haqqımı heç kim ala bilməz. Bəziləri yerlərdən deyir ki, 3-5 dəqiqə. Qardaş, danışmaq istəmirsən, danışma. Başqalarına niyə yol göstərirsən? Bu Milli Məclisdi, danışmaqxanadı. Danışmağa sərhəd qoymaq olmaz”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Səyyad Aran deyib.

Spiker Sahibə Qafarova isə deputatın fikirlərinə iradını bildirib:

“Bura danışmaqxana deyil. Parlament etikasından və leksikasından istifadə edin. Reqlamentin 5 dəqiqəyə keçirilməsi təklif edildi, səsə qoyuldu və qəbul edildi. Ürəyiniz nə qədər istəyirsə, danışın”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm