Nida.az
Seçki bitdi: namizədlər son sözünü Publika.az-a dedi
Gürcüstanda bələdiyyə seçkilərinin bitməsinə bir saatdan da az vaxt qalır.
Seçkinin ilkin nəticələrinə görə, hakim partiyanın namizədi qabaqdadır. Marneuli şəhərində yerləşən 66 və 86-cı məntəqələrində aldığımız məlumata görə, hakim partiyanın namizədi Merab Topçivaşvili qalibdir. Kəndlərdə yerləşən məntəqələrdə isə nisbət fərqlidir. Əldə etdiyimiz məlumata görə, kənd yerlərində Vahid Milli Hərəkatı Partiyasının namizədi, əslən azərbaycanlı Əhməd İmamquliyev öndədir.
Ə. İmamquliyev Publika.Az-a açıqlamasında deyib ki, səslər sayılmadan hakim partiyanın qələbə çaldığını demək yanlışdır. Onun sözlərinə görə, belə bir cəhdin özü Gürcüstanın seçki qanunvericiliyinə uyğun gəlmir:
“Bu seçki günü insanlara təzyiqlər oldu. Bu ortadadır və kifayət qədər fakt var. Bizim səslərimizin azaldılması, hakim partiyanın namizədinə üstünlük verilməsi cəhdləri sezilir. Biz buna imkan verməyəcəyik” - deyəbil dirib.
Hakim partiyadan Marneuli şəhər meriyasına namizədliyi irəli sürülmüş Elşən Həsənov isə hər şeyin normal olduğunu, seçkinin obyektiv keçirildiyini hesab edir.
Nino Burcanadzenin sədri olduğu “Demokratik Hərəkat-Vahid Gürcüstan” Partiyasının namizədi Rəşid Məmmədov da müəyyən qanun pozuntularının olduğunu hesab edir:
“Müəyyən çatışmazlıqları nəzərə almasaq seçkinin normal keçdiyini hesab edə bilərik. Hər şey nəticələrdən bəlli olacaq”- deyə bildirib.
Asif Nərimanlı
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək
-
Rəsmi xronika16:17
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - YENİLƏNDİ / FOTO
-
Dünya16:00
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
-
Sosial15:10
Əhali üçün təbii qazın qiyməti bu qədər oldu
-
Dünya14:34
Məşhur astroloqdan bütün bürclərə xəbərdarlıq: Həmin gündür!