Nida.az
Ayaz Mütəllibovun səhhətində problem yaranıb? - AÇIQLAMA
Bu gün bir sıra media orqanlarında Azərbaycanın keçmiş prezidenti Ayaz Müttəllibovun səhhətinin pisləşməsi, onun nitq qabiliyyətini itirməsi və danışa bilməməsi ilə bağlı məlumatlar yayılıb.
Məsələni dəqiqləşdirmək üçün eks-prezident Ayaz Mütəllibovun köməkçisi Qulu Həsənovla əlaqə saxladıq.
Qulu Həsənov Publika.az-a açıqlamasında bildirib ki, Azərbaycanın birinci prezidenti ilə bağlı yayılan məlumatlar yalandır və həqiqəti əks etdirmir: “Ayaz müəllimlə bağlı yayılan məlumatlar yalandır. Ayaz müəllimlə bu dəqiqə danışmışam. Hər şey qaydasındadır. Doğrudur, həmişə olduğu kimi səhhətində narahatlıq var. Bu da yaşla əlaqədardır. Allah can sağlığı versin, Ayaz müəllimin hazırda 84 yaşı var. Təzyiq problemləri olur. Amma nəsə ciddi bir şey olsaydı, xəstəxanaya aparılardı. Həkim nəzarətində olardı. Səhhətindəki problemlər özünü idarə edə bilməyəcək səviyyəsində deyil. Belə bir şey yoxdur. Ayaz Mütəllibov hazırda evindədir. Özü ilə də danışmışam. Bu cür əsassız, mənbəsiz, istinadsız məlumatların yayılması ayıbdır”.
Tural Turan
-
Səhiyyə09:41Həkimdən qan azlığına görə dərman atanlara xəbərdarlıq!
-
İdman09:20Arda Turan: "Lvov güclü atəş altında idi və..."
-
Digər09:10Hindistanlılar aldadılaraq Rusiya ordusuna necə cəlb edilirlər?
-
ABŞ08:15ABŞ bu ölkədə antiterror əməliyyatına başladı
-
Nida Xəbər 07:55Azərbaycanda hərbi xidmət müddəti AZALDILACAQ - Ekspert
-
Ekopublika.az06:46Binalarla bağlı yeni qayda: Mənzillərin qiymətinə necə təsir edəcək?
-
ABŞ02:18Epşteyn işi ilə bağlı sənədlər YAYIMLANDI
-
Qoroskop01:40Günün ulduz falı: Maraqlı görüşlər baş tutacaq









.jpg)
.jpg)












