Nida.az
Daim Ukraynanın dəstəyini hiss edirik - Fəzail Ağamalı
Millət vəkili Fəzail Ağamalı Publika.az-a müsahibəsində bildirib ki, müstəqillik qazandıqdan sonra Azərbaycanla Ukrayna arasında münasibətlər bütün istiqamətlərdə yüksək səviyyədə olub.
- Fəzail müəllim, Azərbaycan-Ukrayna əlaqələrini necə qiymətləndirirsiniz?
- Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu müddətdə Azərbaycanla Ukrayna arasında münasibətlərin yüksək səviyyədə olması yönündə ciddi addımlar atıldı. 2003-cü ildən Prezident İlham Əliyev bu ənənələrə sadiq qalaraq Ukrayna-Azərbaycan münasibətlərinin daha yüksək səviyyədə inkişaf etməsi üçün əhəmiyyətli töhfələr verib. Ukraynanın Azərbaycanın ərazi bütövlüyünə dəstəyinin hər zaman şahidi olmuşuq. Eyni zamanda Azərbaycan da Ukraynanın ərazi bütövlüyünü tanıyır və onun haqlı mövqeyini dəstəkləyir. Biz 44 günlük müharibə dövründə də Ukraynanın Azərbaycana dəstəyinin şahidi olduq. Müharibəyəqədərki dövrdə də Ukraynanın hərbi sənaye kompleksinin imkanlarından bəhrələndik. Bu səbəblərə görə də münasibətlərimiz vaxt keçdikcə daha da inkişaf etdi. Bu gün Prezident İlham Əliyevin Ukraynaya səfəri tamamilə inkişaf etmiş münasibətlərə söykənir və bu səfər iki ölkə arasında dostluq-əməkdaşlıq münasibətlərinin daha yüksək səviyyədə olmasına böyük töhfələr verəcək.
- Bundan sonra Azərbaycanla Ukrayna arasında hərbi əməkdaşlıq hansı səviyyədə inkişaf edəcək?
- Ukrayna SSRİ zamanında hərbi sənayenin inkişafına görə ikinci yerdə idi. Bu ölkə müstəqillik qazandıqdan sonra bu sahə əvvəlkinə nisbətən bir az zəiflədi. Buna baxmayaraq, müəyyən sahələrdə hərbi sənayenin inkişafında uğurlar mövcud idi. Azərbaycan da öz hərbi potensialını gücləndirmək üçün müxtəlif ölkələrlə əməkdaşlıq edir. Bu ölkələrdən biri də Ukraynadır və Azərbaycan onların hərbi imkanlarından məharətlə yararlanır. Ukrayna artıq özünün hərbi sənaye kompleksinin inkişafı baxımından yeni mərhələyə qədəm qoyub. Son zamanlar Türkiyə ilə Ukrayna arasında bu sahədə əməkdaşlıq gedir. Azərbaycanla Ukrayna arasında hərbi əməkdaşlığın daha çox inkişaf edəcəyi gözləniləndir.
- Azərbaycan-Ukrayna əlaqələrindən gözləntilər...
- Azərbaycanın Ukraynanın imkanlarından istifadə edəcəyi istisna deyil. Ukrayna SSRİ zamanında ən çox taxıl istehsal edən ölkələrdən biri idi. Biz bu sahədə əməkdaşlığımızı inkişaf etdirməliyik. Kənd təsərrüfatı sahəsində əməkdaşlıq etməyimizdə fayda var. Ukrayna ilə turizm sahəsində tərəfdaşlığımızı yüksək səviyyəyə gətirməliyik. Digər tərəfdən, Azərbaycan ən çətin zamanlarda neft və neft məhsulları təchizatında Ukraynanın partnyoru kimi inkişaf edib. Azərbaycan neft ehtiyacının ödənilməsində Ukraynaya ciddi töhfələr verib. Brend məhsullarımızın Ukraynaya ixrac imkanlarını genişləndirməliyik. Eyni zamanda Ukraynanın sənaye və kənd təsərrüfatı sahəsində əldə etdiyi uğurları öyrənməliyik. Belə olduğu halda, iki ölkə arasında münasibətlər yüksək səviyyədə inkişaf edəcək. Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfəri bu münasibətlərin inkişafında stimullaşdırıcı rol oynayacaq.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



.jpg)















.jpg)
.jpg)






