Alen Simonyanın gizli mülkləri – Müvəqqəti prezidentə varidatını gizlətmə İTTİHAMI
Bizi izləyin

Nida.az

Alen Simonyanın gizli mülkləri – Müvəqqəti prezidentə varidatını gizlətmə İTTİHAMI

Alen Simonyanın gizli mülkləri – Müvəqqəti prezidentə varidatını gizlətmə İTTİHAMI

Bu gündən Ermənistan prezidentinin səlahiyyətlərini icra etməyə başlayan Alen Simonyan əmlaklarını gizlətməkdə ittiham olunur.

Publika.az erməni mediasına istinadla xəbər verir ki, hələ 2019-cu ildə, parlament sədrinin müavini Alen Simonyan əmlak gəlirləri bəyannaməsində saxta məlumatlar təqdim edibmiş. Bundan sonra Simonyana qarşı intizam işi başlanılır, hətta inzibati cəza – xəbərdarlıq edilir.

“Fakt-araşdırma platforması” Alen Simonyanın natamam bəyannamələr təqdim etmək praktikasını davam etdirdiyini bildirib. Məlum olub ki, Parlamentin sədri Alen Simonyan və həyat yoldaşı onlara məxsus daşınmaz əmlakla bağlı bəzi məlumatları gizlətməyə davam edirlər.

Belə ki, 2012-ci ildə Alen Simonyan və onun anası Marine Ovannisyanın xahişi ilə İrəvan meri Taron Marqaryan onlara Abovyan küçəsi 62 ünvanındakı 6 saylı mənzilin bir hissəsinin özəlləşdirilməsinə icazə vermək qərarına gəlib. Simonyan hələ də bu daşınmaz əmlakın ortaq sahibi hesab olunur. Amma bu gündən Ermənistan prezidneti səlahiyyətlərini icra edən Simonyan adıçəkilən mülkü gizlətməklə məşğuldur. Yəni, onu əmlak-hesabat sorğusunda göstərmir.

Bildirilir ki, Simonyan bu günə kimi 4 əmlak gəliri bəyannaməsi təqdim edib və o, hələ də mülkləri haqqında şəffaf hesabat təqdim etməyib.

Üstəlik, Ermənistanın müvəqqəti prezidenti 2019-cu ildə aldığı 143,23 kvadratmetrlik mənzili də mülk siyahısında göstərməyib.

Eyni zamanda, Alen Simonyanın həyat yoldaşı Mariam Marqaryan Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, peşəkar, elmi və texniki fəaliyyətlə məşğul olan “Efemef Group” şirkətini yaradıb. Həmin şirkətin də hesabatdan gizlədildiyi vurğulanır.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm