Nida.az
Azərbaycan beynəlxalq investisyalrın yerləşdirilməsi üçün cəlbedici məkandır
Hansı beynalxalq platformadakı müzakirələrdə Azərbaycan və Prezident İlham Əliyev iştirak edirsə, o platformada çoxları üçün reallıq kimi görünməyən məsələlər reallığa çevrilir. Cənub Qaz Dəhlizi (CQD) layihəsi də zamanında çoxlu ölkələr üçün xəyal kimi görünürdü. Amma Azərbaycanın orda olması və layihədə əsas investor kimi çıxış etməsi digər iştirakçıların da marağına səbəb oldu. XXI əsrin ən böyük investisya layihəsi adlandırılan 33 milyard dollar dəyərində CQD 2020-ci ilin dekabrın 31-də başa çatdı və Azərbaycan qazı ilk dəfə olaraq Avropa qitəsinə daxil olmağa başladı.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Azər Badamov deyib.
Millət vəkili qeyd edib ki, bütün bu uğurların təməlində Ümumimilli lider Heydər Əliyev tərəfindən 1994-cü ildə əsası qoyulan neft strategiyamız dayanır: “Milli sərvətlərimiz olan neft və qazın istehsalına xarici investorlarları cəlb etməklə milyardlarla dollar investisyalar Azərbaycanın iqtisadiyyatına yatırıldı. Karbohidrogen resurslarımızın hasilatının artması və yeni potensialların müəyyənləşməsi neft və qazın ixrac xətlərinin tikintisini aktualllaşdırdı. 1999-cu ildə Bakı -Supsa və 2006-cı ildə Bakı -Tiblisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tiblisi-Ərzurum qaz kəmərləri tikildi. 2011-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalandı və 2014-cü ildən Cənub Qaz Dəhlizinin tikintisinə start verildi. 2018-ci ildə TANAP və 2020-ci ildə TAP layihələri başa çatmaqla 3500 km uzunluğunda olan böyük bir qaz ixracı xəttimiz istifadəyə verilmiş oldu. Cənub Qaz Dəhlizinin inşası ilə bağlı görülən işləri müzakirə etmək və görüləcək işləri planlaşdırmaq məqsədilə Məşvərət Şurası yaradıldı. 2015-ci ildən başlayaraq hər il CQD Məşvərət Şurası çərçivəsində nazirlərin toplantıları keçirilir. CQD başa çatanda bəzi dairələr düşünürdülər ki, Məşvərət Şurasının da işi bitəcəkdir. Amma Prezidentin təşəbbüsləri Məşvərət Şurasının aktuallığını nəiki azaltdı, əksinə daha da artırdı və iştirakçı ölkələrin sayı da genişlənir”.
src="/storage/files/upload/1ea3121bb5abb676027f9055b6b820c3ed588f0c.jpg" style="width: 515px; height: 350.2px;" class="fr-fic fr-dib">
Azər Badamovun sözlərinə görə, fevralın 4-də Bakıda fəaliyyətə başlayan CQD Məşvərət Şurasının VIII Toplantısında 20-yə yaxın ölkə, beynəlxalq maliyyə qurumları və dünyanın aparıcı şirkətlərinin nümayəndələri iştirak edib: “Toplantının mövzusu da bu günün reallığı üçün daha da aktuallaşdı. Toplantıda “Cənub Qaz Dəhlizi: nailiyyətlər və perspektivlər – Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan ölkələri istiqamətində genişləndirilməsi” və “Enerji keçidi – Karbohidrogen mənşəli yanacaqlardan və metan tullantılarının azaldılması tədbirlərindən karbon neytrallığına doğru: yollar, çağırışlar, qrafiklər” mövzularının müzakirəsi keçirilir. Toplantıda Prezident İlham Əliyev geniş nitqlə çıxış edərək bu möhtəşəm layihənin ərsəyə gəlməsində keçdiyi yola bir daha ekskursiya etdi. Həm də bu gün Azərbaycanın enerjiyə keçiddə baxışlarını və bu baxışlarınreallaşdırılmasında ölkəmizin potensialını, o cümlədən işğaldan azad olunmuş ərazilərin potensialını toplantı iştirakçıların diqqətinə çatdırdı. Azərbaycan beynəlxalq investisyalrın yerləşdirilməsi üçün ən çox cəlbedici məkandır. Ölkəmizdəki siyasi və iqtisadi sabitlik, ixrac imkanlarımızın genişlənməsi və sözümüzün imzamız qədər möhkəm olması xarici investorların ölkəmizə cəlbediciliyini artırır.
Düşünrəm ki, CQD Məşvərət Şurası çərçivəsində nazirlərin iştirakı ilə toplantlar uzun illər keçiriləcək və Bakı qlobal çağırışlara uyğun dünya üçün aktual məslələrin müzakirəsi üçün əvəz olunmaz platformaya çevriləcək”.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)



.jpg)















.jpg)
.jpg)





