Nida.az
Azərbaycan qətiyyətli mövqe nümayiş etdirir - Şərh
“Bu gün regionda və dünyada geosiyasi proseslər daha çox beynəlxalq hüquq rakursundan kənarda baş verir. Dövlətlərin daxili işlərinə qarışmaq, güc tətbiq etmək, güclə hədələmək beynəlxalq hüquqa zidd olan hərəkətlərdir. Bu baxımdan beynəlxalq, siyasi gündəliyi dərindən analiz edən, dünyada baş verən geosiyasi prosesləri araşdıran Azərbaycan siyasətşünasları və Prezident İlham Əliyev uğurlu strategiya yürütməklə regionda balanslaşdırılmış xarici siyasət kursu həyata keçirir”.
Bunu Publika.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.
Ekspertin sözlərinə görə, Azərbaycan hərbi bloklara qoşulmamaqla öz niyyətini bəyan edib, dünyadakı hərbi-siyasi blokların daha çox ziddiyyət mənbəyinə çevrilməsini dərindən, müfəssəl araşdırıb: “Qoşulmama Hərəkatına üzvlük, eləcə də təşkilata uğurlu sədrlik Azərbaycanın beynəlxalq reytinqini və imicini bir qədər də möhkəmləndirib. Nəzərə almaq lazımdır ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir dövrdə təhvil alıb. Bu sədrlik dövlətlərarası qeyri-bərabərliyin aradan qaldırılması, peyvənd millətçiliyinə qarşı Azərbaycanın prinsipial mövqeyi ilə müşahidə olunub. Həmçinin, Azərbaycan regionda olan güc mərkəzləri - İran, Türkiyə və Rusiya ilə mehriban qonşuluq siyasəti çərçivəsində öz münasibətlərini qurub. Gürcüstanla sıx münasibətlər formalaşdırılıb. Azərbaycanın Qərbə əsas çıxış qapısı kimi dəyərləndirilən Gürcüstan üzərindən magistral xətlər, neft-qaz kəməri, dəmiryolu xətti və digər mühüm infrastruktur layihələri ötən illər ərzində istifadəyə verilib. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa edib və 30 illik erməni işğalına son qoyub. Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində bu gün delimitasiya üzərində iş aparılır, eyni zamanda nəqliyyat əlaqələrinin və iqtisadi münasibətlərin bərpa olunmasında regionun gələcəyinə müsbət töhfə verməsi haqqında mülahizələr irəli sürülür”.
İ.Hüseynov vurğulayıb ki, bütün bunlar deməyə əsas verir ki, Azərbaycan gələcəyi düşünərək uzaqgörən və praqmatik siyasət həyata keçirib: “Bu siyasətin əsas arxitektoru Ali Baş Komandan İlham Əliyevdir. Cənab Prezidentin müasir geosiyasi hadisələri dərindən analiz etməsi, dövlətlərin atdığı addımları əvvəlcədən düşünülmüş şəkildə təhlil etməsi, beynəlxalq münasibətlər sistemini dərindən mənimsəməsi Azərbaycanın uğurunu sürətləndirib. Ölkə başçısı Vətən müharibəsi dövründə də ona yönələn suallara cavabları ilə göstərdi ki, həm diplomatiya tarixini, həm müasir beynəlxalq münasibətlər tarixini, həm də Azərbaycanın regionda və dünyadakı nüfuzu barədə hərtərəfli bilir. Bu reallıqlar əsasında Azərbaycan diplomatiyası formalaşdırılır. Azərbaycanın uğurlu xarici siyasət kursu bu gün ölkəmizin təhlükəsizliyini, suverenliyini qorumağa imkan yaradıb. Azərbaycan həm də dünya miqyasında etibarlı bir tərəfdaş imicini formalaşdırıb. Azərbaycanın atdığı addımlar qarşı tərəf üçün hər zaman açıq və şəffaf olur. Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır və buna adekvat cavab tələb edir. Azərbaycan üçün ərazi bütövlüyü prinsipi qırmızı xətdir. Bu xüsusda Azərbaycan qətiyyətli mövqe nümayiş etdirir və bütün dövlətlərin ərazi bütövlüyünün qorunması prizmasından çıxış edir”.
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ



































