Nida.az
Məşhur erməni sima ölkəsini BİABIR ETDİ: Şuşada 80 azərbaycanlının başını...
Livan əsilli erməni heykəltaraş Onik Kardaş Birinci Qarabağ müharibəsi və işğal dövründə ermənilərin Azərbaycan ərazilərində törətdiyi vəhşiliklər və vandalizm hərəkətləri ilə bağlı şok faktları açıqlayıb.
Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, erməni heykəltaraş 2011-ci ildə Şuşaya köçdüyünü və bir müddət orada gənc heykəltaraşlara dərs dediyini söyləyib.
O, Birinci Qarabağ müharibəsində ermənilərin törətdiyi vəhşiliklərlə bağlı cinayətkarların böyük həvəslə ona danışdığı hadisələrdən böyük utanc və xəcalət hissi çəkdiyini deyib:
“İşğal dövründə gördüyüm vəhşiliklərlə barışa bilmirəm. Şuşada çoxlu silahlılarla rastlaşırdım. Sürücüm və cangüdənim həmin yerlərdən idi. Həmin şəxs Şuşada 80 azərbaycanlını qətlə yetirib. Daş parçaları ilə onların başlarını əzib. Sürücümün oğlu tez-tez atasından azərbaycanlıların başını balta ilə necə kəsdiyini söyləməsini xahiş edirdi. O da kabab yeyə-yeyə, böyük həvəslə danışmağa başlayırdı”.
Livan kökənli erməni heykəltaraş söyləyib ki, indi də Ermənistanda və Xankəndidə uşaqlar bu hekayələrlə böyüyürlər:
“İndi də belədir. Ondan xahiş etdim ki, mənim yanımda belə əhvalatlar danışmasın. Ermənilər azərbaycanlıların qəbirlərini elə günə qoyurdular ki, indi bu haqda danışmağa utanıram. Zəngin azərbaycanlıların dəfn edildiyi qəbirləri açırdılar. Onların qızıl dişlərini çıxarırdılar. Sonra da kəllə sümüklərini hara gəldi atırdılar. Yolda, yol kənarında kəllələrə rast gəlirdim. İşğal zamanı Şuşadakı binalarda ərəb əlifbası ilə yazılan yazıları pozurdular, qaşıyıb tökürdülər”.
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc
-
Hadisə2 Oktyabr 13:45Məktəb qarşısında naməlum şəxs uşaqlara konfet paylayıb? - DİN-dən açıqlama









.jpg)
























.jpg)

