Nida.az
Antalya Diplomatik Forumu: Bakı nəyə nail olacaq?
Sabah Antalya Diplomatik Forumu öz işinə başlayacaq. Dünyanın bir çox ölkələrinin nümayəndələrinin də bu tədbirə qatılacağı ilə bağlı məlumatlar tirajlanır. Azərbaycan və Ermənistan nümayəndələrinin də bu forumda iştirakı gözlənilir. Üstəlik, Ukrayna və Rusiyanın xarici işlər nazirləri də adıçəkilən toplantıya qatılacaqlar.
Bəs, Antalya Diplomatik Forumunda iştirak edən tərəflərin bir araya gəlməsi fonunda həm Azərbaycan-Ermənistan münasibətlərinin bundan sonrakı “Yol xəritəsi” ilə bağlı, həm də Ukrayna və Rusiya arasındakı müharibənin axarını dəyişdirəcək hər hansı müsbət tendensiya müşahidə edilə bilərmi?
Milli Məclisin deputatı Rasim Musabəyov Publika.az-a açıqlamasında söyləyib ki, hələlik nə Azərbaycanın, nə də Ermənistanın xarici işlər nazirlikləri iki ölkənin nümayəndələrinin görüşünün keçiriləcəyini elan edib:
src="/storage/files/upload/a8fa205de29c17b023c0cc45979a020bc4a4dcb8.jpg" style="width: 398px; height: 248.087px;" class="fr-fic fr-dib">
“Amma belə bir görüşün keçiriləcəyini də istisna etmirəm, onlar belə bir görüş keçirə bilərlər. Ancaq bu barədə hələ ki, heç bir məlumat yoxdur. Belə olan halda hər hansı real nəticə gözləməyə dəyməz. Ola bilsin ki, tərəflər 5-10 dəqiqə ərzində hər hansı aktual məsələləri müzakirə etsinlər. Təkrar edirəm, nə belə bir gündəlik var, nə də Azərbaycan və Ermənistan nümayəndələrinin belə bir görüşü planlaşdırılır. Bizdən fərqli olaraq Rusiyanın Xarici İşlər naziri Lavrovla onun ukraynalı həmkarı Kulebanın görüşü gözlənilir. Bu haqda artıq gündəlik də elan olunub. Ukraynanın Xarici İşlər naziri Kuleba bu görüşlə bağlı öz fikirlərini səsləndirib. O deyib ki, mən bu görüşə ona görə gedirəm ki, Lavrov vasitəsilə Putindən Kiyevlə bağlı məlumatları Ukraynaya çatdırmaq mümkündür. Sergey Lavrov isə Ukraynaya hücum əməliyyatının iştirakçısıdır. Kuleba məhz buna görə Lavrovla görüşmək istəyində olmadığını bildirib. Hər bir halda mən bu görüşlərdən ciddi bir nəticə gözləmirəm. Ancaq bu qəbildən olan görüşlər vacibdir. Çünki əvvəl-axır hər bir müharibə diplomatik üsullarla dayandırılır. Bundan sonra isə hansısa bir nizam əmələ gəlir”.
-
Magazin120:00
Nicat dayısı Yaşar ilə eyni səhnədə... - VİDEO
-
Nida Xəbər 19:00
Bərxudarovun yerinə keçən Vilayət Quliyev kimdir? - DOSYE
-
Dünya17:15
İsraildə avtovağzalda terror aktı: 1 ölü, 11 yaralı
-
MDB16:40
Putin ad gününü necə keçirəcək?
-
Nida Xəbər 15:21
Mais Bərxudarov vəzifəsindən azad edildi
-
Ekologiya14:00
Sabahla bağlı əhaliyə XƏBƏRDARLIQ
-
Elm və təhsil13:37
Azərbaycanda fəlsəfə doktoru vəfat etdi - FOTO
-
MDB13:26
Kaş qolu yox, boynu qırılardı... - Medvedev təəssüfləndi