Nida.az
Brüssel görüşündən gözləntilər nələrdir? - Müsahibə
Publika.az-a müsahibə verən millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycanla münasibətləri düzəltmək Ermənistana hava, su kimi lazımdır.
- Aydın müəllim, Azərbaycan və Ermənistan liderlərinin aprelin 6-da Brüsseldə baş tutacaq görüşündə hər hansısa bir anlaşma əldə oluna bilərmi?
- Sülh müqaviləsi ilə bağlı Ermənistan tərəfindən gələn açıqlamaların doğru olduğuna ümid edək. Bizimlə əlaqələrin inkişaf etməsi ermənilər üçün çox vacibdir. Çünki onların dövlət kimi var olmasının tək yolu bizimlə yaxşı münasibətlər qurmaqdır. Onların Azərbaycan torpaqlarına qarşı iddia qaldırması dünyadan təcrid olunmalarına səbəb olub. Adıçəkilən ölkəyə investisya qoyulmur və iqtisadiyyatı çökməyə davam edir. Həmçinin, sosial vəziyyət ağır olduğu üçün əhali oradan köç etməyə başlayıb. Onlar sülh müqaviləsini imzalasa, iqtisadiyyatları düzələcək, kommunikasiyalar bərpa olunacaq və Türkiyə ilə əlaqələr normallaşacaq. Bunların olması üçün ermənilər ilk növbədə konstruktiv mövqe sərgiləməlidir. Azərbaycan Ermənistanla əlaqələrin düzəlməsi üçün beynəlxalq qanunlara uyğun tələblər irəli sürüb. Əgər hər hansısa bir razılıq əldə olunarsa, artıq bundan sonra işçi qruplar yaradılacaq və sülh müqaviləsinə doğru addımlar atılacaq.
- Putinin İlham Əliyevə və Paşinyana zəng etməsinin səbəbi nədir?
Publika.az">src="/storage/files/upload/bfeebf5395f3b9fa21fb490979ac1abddab24a27.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
- Rusiya bu regionda olan hadisələrə çox həssas yanaşır. Adıçəkilən ölkənin həm Azərbaycanla, həm də Ermənistanla yaxşı münasibətləri mövcuddur. Yəni bu məsələdə Rusiya tərəfinin aktiv rol oynaması tamamilə gözlənilən idi. Rusiya hər iki tərəflə müzakirələr aparıb və ortaq nöqtə tapmağa çalışmış ola bilər. Ümumiyyətlə, Rusiya bölgədə gərginliyin artmasını istəmir və 10 noyabr sazişinin bütün bəndlərinin icra olunmasını Ermənistan tərəfindən tələb edir. Xüsusilə 4-cü bəndin yerinə yetirilməsi ilə bağlı müzakirələrin olduğu istisna deyil.
- Bəs Brüssel görüşündə erməni birləşmələrinin Qarabağdan çıxarılması ilə bağlı razılıq əldə oluna bilərmi?
- Şübhəsiz ki, Brüssel görüşündə sülh müqaviləsi ilə yanaşı, 10 noyabr sazişinin müddəalarının yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə ediləcək. Çünki rus sülhməramlılarının fəaliyyət müddətinin bitməsinə üç il yarım qalıb. Ona görə də Qarabağda problemli məsələlər həll olunmalıdır ki, sülhməramlılar öz vətənlərinə qayıtsınlar. Azərbaycan bəhs olunan problemlərin həllində konstruktiv mövqe sərgiləyir. Biz eyni şeyi Ermənistan tərəfindən də gözləyirik. Azərbaycan Ermənistandan fərqli olaraq heç bir dövlətin ərazisinə qarşı iddia qaldırmayıb. Ölkəmiz bütün bu məsələlərin həlli üçün öz təkliflərini irəli sürüb. Ermənilər bu haqda yaxşı düşünüb, məntiqli qərar verməlidirlər. Onların bu məsələlərə konstruktiv yanaşması ilk öncə öz maraqlarına uyğundur. Ermənistan əlaqələrin normallaşmasına mane olmaqla yalnız özünə ziyan vurur. Qarabağ Azərbaycanın suveren ərazisidir və ona görə də orada gedən proseslərə biganə qala bilmir. Dövlətimiz bütün bu məsələlər ətrafında öz mövqeyini açıq şəkildə bəyan edib. Qarşı tərəf 10 noyabr sazişinə riayət edib bütün müddəaları yerinə yetirməlidir.
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO




































