Nida.az
Brüssel görüşünə ümidlər var - Deputat
“Gedən proseslərdən də belə qərara gəlmək olar ki, artıq ATƏT-in Minsk qrupuna ehtiyac qalmayıb. Azərbaycan öz gücü hesabına ərazi bütövlüyünü təmin edib və artıq tədricən post-münaqişə dövrünün problemləri iki ölkə arasında birbaşa təmaslarla həll edilməyə başlayıb. Bu variantı isə Azərbaycan uzun zamandır ki, təklif edirdi”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, Brüssel görüşünə müəyyən ümidlər var: “Düzdür, Ermənistanın vaxtaşırı verdiyi bəyanatlardan, hətta razılaşdığı hər hansı məsələlərdən sonradan imtina etməsi adi hal alıb. Ermənistanın sülh məsələsində və Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyində nə dərəcədə səmimi olduğunu düşünməliyik. Fakt ondan ibarətdir ki, bu gün Ermənistanın Azərbaycanla sülh münasibətlərindən başqa seçimi yoxdur. Azərbaycan kifayət qədər güclənib, öz suveren hüquqlarını qoruya bilir və Ermənistanın Azərbaycanın daxili işlərinə qarışmaq səyləri günü-gündən azalır”.
A.Mirzəzadə vurğulayıb ki, Vətən müharibəsindən sonra bizə qarşı edilən cəhdlərin hər birinin qarşısı alınır və Ermənistan tərəfi bilir ki, istənilən təxribat hərəkətlərinə Azərbaycan tərəfdən çox sərt cavab veriləcək: “Həmçinin Azərbaycan və Türkiyə ilə sərhədlərinin bağlı olması Ermənistanı dalana dirəyib. Çıxış yolu isə Azərbaycanın sərhədlərini və ərazi bütövlüyünü tanımasıdır. Hər halda keçirilən görüş göstərəcək ki, Ermənistan nə dərəcədə danışıqlara iki ölkə arasında olan problemin həlli üçün gəlib”.
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı































.png)


.jpg)



