Nida.az
Deputat Ağdaban qətliamı ilə bağlı DƏHŞƏTLİ FAKTLARI AÇDI
“Kəlbəcər rayonunun Ağdaban kəndi 30 il öncə erməni vandalları tərəfindən yerlə-yeksan edildi. O anları xatırlamaq olduqca çətin və ağırdır. O günləri yada salmaq normal insan düşüncəsi üçün çox ağrılıdır”.
Bunu Publika.az-a parlamentdə Kəlbəcəri təmsil edən deputat Aqil Məmmədov deyib.
Millət vəkili qeyd edib ki, insanları diri-diri odun içərisinə atıb yandırmaq, adamları sağ ikən orqanlarını kəsib işgəncə verərək qətlə yetirmək, valideyninin gözləri önündə övladını öldürmək, və ya bunun əksini etmək insanlığa sığmayan hərəkətlərdir ki, bunları ermənilər Ağdaban əhalisinə yaşadıb: “Bu gün o anları düşünmək çox çətindir, indiyədək də həmişə bizim üçün çətin olub. Amma bu gün biz başqa bir əhval-ruhiyyədə soyqırımı hadisələrini yad edirik. Çünki artıq torpaqlarımız işğaldan azad olunub, şəhidlərimizin intiqamı alınıb, əzizlərimizin məzarları erməni tapdağından azad edilib. Bu baxımdan qalib ölkənin vətəndaşı olaraq bu anları qeyd edirik ki, bu da bizim əhvalımızda istər-istəməz dəyişiklik yaradır. Ancaq biz ermənilərin xalqımıza yaşatdığı belə bir ağrılı-acılı anları unutmamalıyıq, onu gələcək nəsillərə çatdırmaq lazımdır. Dünya ictimaiyyətinə təkrar-təkrar hər il bunları çatdırmaq lazımdır ki, erməni vandallığına bələd olsunlar. Onların o çirkin xislətlərini, görünməyən tərəflərini dünyaya nümayiş etdirmək lazımdır. Göstərmək lazımdır ki, onlar nəyə qadirdirlər və nələri ediblər”.src="/storage/files/upload/0ff4948a6ee12539eac2145aeb7f444fce412dcb.jpg" style="width: 708px; height: 708px;" class="fr-fic fr-dib fr-fil">A.Məmmədovun sözlərinə görə, ermənilər təkcə kəndi talan edib, insanları qətlə yetirməyiblər, onlar həm də mədəni irsimizi məhv ediblər: “Ağdabanda yaşayan insanlara işgəncə verdilər, evlərini yandırdılar, var-dövlətlərini talan etdilər, bunlar bir yana, ermənilər bizim milli-mənəvi dəyərlərimizi də məhv ediblər. Ağdaban Miskin Abdal nəslinin layiqli davamçıları şair Ağdabanlı Qurban, onun oğlu Dədə Şəmşirin yaşadığı bir kənd idi. Onun ulu babalarından qalan əlyazmaları, çoxlu sayda ölkəmizin və xarici ölkələrin nümayəndələrindən gələn məktub və əlyazmaları, özünün, atasının, babasının şeir külliyyəti o arxivdə toplanıb saxlanılırdı. Təəssüflər olsun ki, erməni vandallığı burda da özünü göstərdi. Şeir külliyyəti ilə birlikdə orada qorunub saxlanan mədəniyyət tariximizi də məhv etdilər, yerlə-yeksan etdilər”.
Deputat bildirib ki, bütün bunların hamısının qisası alındı, 44 gün müddətində müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımızı azad etdi: “Bu gün biz qayıdış əhval-ruhiyyəsindəyik. Bütün məcburi köçkünlərimiz ordumuzun əldə etdiyi bu uğurları yüksək dəyərləndirir. Ölkə rəhbərinin başçılığı altında uzun illər işğalda qalan, ermənilər tərəfindən məhv edilən ərazilərimizi bərpa edirik. Məcburi köçkünlərimiz də öz ata-baba yurdlarına qayıdacaqlar. İşğal müddətində erməni vandallarının o torpaqlarda törətdikləri vəhşilikləri, dağıntıları, milli-mənəvi dəyərlərimizə vurduğu ziyanları, dağıdılan tarixi-dini abidələrimizi dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırmalıyıq ki, onlar ermənilərin görünməyən tərəflərini görsünlər”.
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO