Nida.az
Bu, erməni vəhşiliyinin növbəti səhifəsidir - RƏY
“Ağdaban soyqırımının 30 ili tamam olur. Bu, XX əsrdə erməni vəhşiliyinin növbəti səhifəsidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Millət vəkili bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınmasında dövlət başçıları səviyyəsində ciddi addımlar atılır:
“Aprel ayının 6-da Brüsseldə Avropa İttifaqının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında kifayət qədər məhsuldar, 4 saat davam edən görüş baş tutdu. Bu görüşün nəticəsi kimi bəyannamə qəbul olundu. Bu bəyannamədə Azərbaycanın əvvəldən irəli sürdüyü 5 əsas prinsip öz əksini tapdı. Hesab edirəm ki, bu istiqamətdə dövlətimizin apardığı siyasət öz müsbət nəticələrini verməkdədir. Yəni Ermənistanla Azərbaycan arasında böyük sülh müqaviləsinin bağlanması istiqamətində yeni bir addımdır. Ermənilər tərəfindən hər hansı təxribatlar olmazsa, yaxın zamanlarda nizamlanma prosesinə başlanıla bilər. Çünki xarici işlər nazirlərinə işçi qruplarının yaradılması, sərhədlərin delimitasiya və demarkasiyası proseslərinə başlanılması, kommunikasiyaların açılması istiqamətindəki işlərlə bağlı tapşırıqlar verildi. Əvvəllər əldə olunmuş razılaşmaların icrası ilə bağlı addımlar atıldı”.
Nəsib Məhəməliyev düşünür ki, bütün bunlarla yanaşı, biz yaddan çıxarmamalıyıq ki, ermənilər 30 illik işğal ərzində təkcə Ağdabanda deyil, digər bölgələrdə də kifayət qədər soyqırımılar törədiblər:
“Bu məqamda Xocalı soyqırımını xatırlatmaq kifayətdir. Ermənilərin Birinci Qarabağ savaşındakı soyqırımı aktları bunlarla da bitmir. Goranboyun Başlıbel kəndindəki soyqırımı, Qaradağlı, Meşəli, Kərkicahan, Cəmilli, Ballıqaya, Daşaltı, Fərrux dağı soyqırımılarını da unutmamalıyıq. Ermənilərin işğalı altında olmuş ərazilərimizdə apardıqları ekoloji soyqırımıları və digər vəhşilikləri nəzərdən qaçırmamalıyıq. Oxçuçayın, Kəlbəcər və Zəngilan rayonlarında qızıl yataqlarının tarimar olunması, meşələrimizin kütləvi şəkildə qırılması, tarixi-memarlıq abidələrimizin dağıdılması, iqtisadiyyata vurulmuş ziyan da ermənilərin Azərbaycana qarşı törətdiyi soyqırımı aktlarının tərkib hissəsidir”.
Deputatın fikrincə, biz bütün bunları dövlətlərarası münasibətlərlə qarışdırmamalıyıq:
“Daha dəqiq desək, biz iki istiqamətdə iş aparmalıyıq. Birincisi, nizamlanma prosesi həyata keçirilməlidir. İkincisi, 30 illik işğal dövründə dəymiş ziyanın ödənilməsi ilə bağlı törədilmiş soyqırımılara qarşı müharibədən əvvəl və müharibədən sonra insanlıq əleyhinə qadağan olunmuş silahlarla Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı beynəlxalq təşkilatlarla iş aparmalıyıq. Yəni bu işlər paralel getməlidir. Bu baxımdan bunlar bir-birinə mane olan məsələlər deyil. Biz Ermənistanla barışırıq, sülh müqaviləsini imzalayırıq. Eyni zamanda törədilmiş cinayətlərə qarşı cinayətkarlar öz cəzalarını almalıdırlar. Öz məsuliyyətlərini hiss etməlidirlər. Bu, ona görə lazımdır ki, artıq köhnə müharibə qurtarsa da, Qarabağ münaqişəsi arxada qalsa da erməni təbliğat maşını informasiya müharibəsini bir an belə dayandırmır. Özünün saxta “erməni soyqırımı” iddialarından əl çəkmir”.
Millət vəkilinin sözlərinə görə, erməni diasporu, lobbi təşkilatları Azərbaycan və Türkiyə əleyhinə təbliğatını davam etdirir:
“Bu baxımdan haqqında bəhs etdiyimiz işlər paralel getməlidir. Sülh müqaviləsini imzalayırıq, kommunikasiyalar açılır, iqtisadi əməkdaşlıq bərpa olunur. Amma bütün bunlara paralel olaraq Ermənistan zəhmət çəkib Azərbaycana vurduğu ziyanlara, törətdiyi cinayətlərə görə kompensasiya ödəməlidir. Gərək cinayətkarlar beynəlxalq məhkəmə qarşısında cavab versinlər. Bu işlər bir-biri ilə qarışdırılmamalıdır. Bu baxımdan Azərbaycan dövləti cənab Prezidentin rəhbərliyi ilə bu işləri paralel olaraq həyata keçirir. Ermənilər digər cinayətlərdə olduğu kimi, Ağdaban soyqırımı ilə bağlı da cavab verməlidirlər. Beynəlxalq praktika var. Keçmiş Yuqoslaviya ərazisində, Srebrenitsa qəsəbəsində müsəlmanlara qarşı soyqırımı törədilmişdi. Həmin soyqırımı aktını törədən Yuqoslaviya cinayətkarlarına qarşı bu praktika tətbiq olunub. Yəni beynəlxalq praktikada belə bir presedent mövcuddur. Hesab edirəm ki, erməni qatilləri də tarix və məhkəmə qarşısında cavab verəcəklər”.
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO
-
Sağlamlıq22 Noyabr 20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?