Nida.az
Biz Ağdaban faciəsini unutmamalıyıq - Deputat
“Ağdaban hadisəsi xalqımızın unutmayacağı bir faciədir. Ermənilər Azərbaycanın demək olar ki, hər yerində bu cür vəhşiliklər törədiblər. Biz vətəndaş olaraq bu faciəni bütün dünyaya göstərməliyik”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
Deputat qeyd edib ki, Ağdabanda törədilən qətliamlar 21-ci əsrin ən böyük faciəsidir: “Biz azərbaycanlı olaraq ermənilərin törətdiyi vəhşilikləri bütün dünyaya çatdırmalıyıq. Biz Ağdaban faciəsini unutmamalıyıq və gələcək nəsil də ermənilərin etdiklərindən xəbərdar olmalıdır. Bu faciə Azərbaycan xalqının yadından çıxarmayacağı bir hadisədir”.
T.Kərimli vurğulayıb ki, bu faciəyə beynəlxalq qiymət verilməlidir: “Bu vəhşiliyi törədənlərin hər biri beynəlxalq məhkəmə qarşısında mühakimə olunmalıdır. Azərbaycan Ermənistanın verdiyi zərərlə bağlı hesablamalar aparır. Bu hesablamalar bitdikdən sonra məhkəmələrə təqdim olunacaq və qarşı tərəf kompensasiya ödəməli olacaq. Həmin kəndin dağıdılmasının əsas səbəbi Kəlbəcər rayonunun işğalının sürətlənməsi idi. Ermənistan bu cür vəhşilik etməklə Azərbaycan mədəni irsinin məhv edilməsi məqsədini güdürdü. Düşmənin törətdiyi faciə xarakterinə görə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 1948-ci il dekabrın 9-da qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında” Konvensiyanın müddəalarına tam uyğundur”.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır










.jpg)



























