Nida.az
Deputat dünyanı İsveçdə Quranın yandırılmasını pisləməyə çağırdı
“Danimarkanın “Starm Kurs” ultra-millətçi hərəkatının lideri Rasmus Paludan müqəddəs kitabımız olan Qurani-Kərimi İsveçin müsəlmanlar yaşayan məhəlləsində polisin iştirakı ilə yandırıb”.
Publika.az">Publika.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, Rasmus Palidan məhəlləyə polislərin əhatəsində gəlib: “Hadisəyə polisin seyrçi yanaşması dinlərarası uçurumu dərinləşdirir, terror qruplarını daha da radikallaşdırır. Bu aktın özü də bir terror hadisəsidir, terrora çağırışdır, ölkələri, dinləri üz-üzə qoymaqdır. Mən yalnız bu radikal millətçinin hərəkətini yox, həm də İsveç hökumətinin və polisinin bu vandalizmə qarşı seyrçi qalmasını şiddətlə pisləyirəm. İsveç dünyada din, vicdan, insan hüquqlarını müdafiə edən nümunəvi ölkə sayılır. İsveç bu hadisəni də söz azadlığı hesab edir. Lakin bu, söz azadlığı deyil, əksinə, yeni münaqişə ocaqları yaratmaqdır. İndi radikal müsəlmanlar da bu radikal şəxsə qarşı “insan ovu” elan edib. Bu cür təşəbbüslərin sonunu pis görürəm və dünyanı İsveç hökumətinin və polisinin bu vandalizmə seyrçi qalmasını pisləməyə çağırıram”.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi


































.jpg)

.jpg)