Nida.az
Onlar Azərbaycana güclü dəstək verdilər - Şərh
“Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsinin mühüm siyasi və ideoloji nəticələri oldu və bu xüsusda cənab Prezident İlham Əliyevin proqram xarakterli çıxışı da Dünya Azərbaycanlılarının Şuşa Qurultayının önəmini bir qədər də artırdı. Qurultaydakı çıxışı zamanı mühüm məsələlərə toxunan cənab Prezident dünya azərbaycanlılarının birləşməsini və həmrəylik göstərməsini ön plana çəkdi”.
Bunu Publika.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Politoloqun sözlərinə görə, Azərbaycan torpaqlarının 30 ilə yaxın müddətdə işğalı bütün dünya azərbaycanlılarını narahat edən bir məqam idi: “Ötən dövr ərzində Azərbaycan siyasi və iqtisadi qüdrətini artıraraq bu problemin aradan qaldırılması istiqamətində fəaliyyət həyata keçirdi. Hazırda bütün dünya azərbaycanlıları qürur və sevinc içindədir. 44 günlük Vətən müharibəsində qələbənin qazanılmasında onların böyük xidmətləri olub. Müharibə dövründə maddi və mənəvi dəstək göstərən soydaşlarımız həm də sosial şəbəkələrdə Azərbaycana güclü dəstək verirdilər.
İnformasiya müharibəsində bu işlərin həyata keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Bütün dünyada yaşayan azərbaycanlılar müzəffər və qalib gəlmiş xalqın nümayəndəsi kimi qürurludur. Şuşaya səfər edən həmyerlilərimizin üzündəki fəxarət hissi açıq-aydın şəkildə sezilir. Bundan sonrakı dünyada birlik və həmrəyliyin nümayiş olunması, dəmir yumruğun əsas elementlərindən birini təşkil edən dünya azərbaycanlılarının vəhdəti ölkəmizin uğurlarını daha da artıracaq”.
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır







.jpg)


























.jpg)

.jpg)