Nida.az
Laçında yekun iclas keçirildi - FOTO
Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, Laçında dislokasiya olunan hərbi hissədə 2022-ci tədris ilinin birinci rübünün nəticələrinə dair yekun iclas keçirilib.
Publika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Vəzifəli şəxslər bölmələrin döyüş qabiliyyətinin artırılması, xidməti-döyüş fəaliyyətinin təşkili ilə bağlı 2022-ci ilin birinci rübü ərzində keçirilən təlim-məşqlər və görülən digər tədbirlər barədə geniş məruzələrlə çıxış ediblər.
İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Ordusuna verdiyi qiymət, göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb.
Sərt iqlim şəraitində, çətin relyefli dağlıq ərazidə xidmət aparan hərbi qulluqçuların dövlət sərhədi istiqamətində döyüş qabiliyyətinin daha da artırılması və döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması ilə bağlı müdafiə nazirinin tapşırıqları aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırılıb.
Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən hərbi qulluqçular təltif olunublar.
-
Ekopublika.az03:43Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?
-
Qoroskop01:40Şanslı həftə: Bu bürcləri böyük maliyyə uğuru gözləyir
-
Kriminal17 Avqust 22:46Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı - Bakıda dəhşətli qətl
-
Hadisə17 Avqust 21:00Azərbaycanda dəhşətli qəza: 5 ölü, 6 yaralı var - Foto/Yeniləndi
-
Hadisə17 Avqust 20:36Bakıda gənc müəllim faciəli şəkildə öldü - Foto
-
İKT17 Avqust 20:00Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı
-
Nəqliyyat17 Avqust 18:40Sabahdan Bakının bu iki küçəsi bağlanır
-
Ekologiya17 Avqust 18:10Böyükşor gölünün yaşıla bürünməsinin səbəbi bu imiş














.jpg)






















