Nida.az
İki ölkə arasında olan münasibətlər dünya üçün örnəkdir - Deputat
“Prezident İlham Əliyevin Rize-Artvin Hava Limanının açılışında iştirak etməsi bir daha göstərir ki, iki qardaş ölkə arasında olan əlaqələr əbədi və sarsılmazdır”.
Bunu Publika.az- açıqlamasında millət vəkili Cavid Osmanov deyib.
Deputat qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasında olan münasibət dünya üçün bir nümunədir: “Dünya üzərində belə münasibətləri olan dövlətlər mövcud deyil. Türkiyədə açılışı olacaq Rize-Artvin Hava Limanının açılışında iki qardaş ölkənin prezidentlərinin iştirak etməsi mövcud olan yüksək səviyyəli münasibətin göstəricisidir. Həmçinin Rəcəb Tayyib Ərdoğan da Qarabağın hava qapısı adlandırılan Füzuli hava limanının açılışında iştirak edib”.
C.Osmanov vurğulayıb ki, Azərbaycan və Türkiyə hər zaman türk dövlətlərinin daha sıx münasibətdə olmasına xidmət edən addımlar atıblar: “Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə çox mürəkkəb məsələlərin həllinə nail olub. 44 günlük Vətən müharibəsində ordumuz ali baş komandanın başçılığı ilə düşməni məğlub edərək torpaqlarımızı işğaldan azad etdi. Ölkəmiz artıq regionun ən vacib aktorlarından birinə çevrilib. Azərbaycanla Türkiyə arasında imzalanmış olan Şuşa bəyannaməsi münasibətlərin ən yüksək səviyyəyə qalxmasına səbəb olub. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan energetika sahəsində də böyük uğurlara imza atıb. Eyni zamanda qardaş Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə dünyada sözünü deyən ölkələrdən birinə çevrilib. Hazırda hər iki ölkədə bütün sahələrdə inkişaf müşahidə olunur. Türkiyə bu gün dünyanın ən güclü ordusuna sahib olan ölkələr arasında öz yerini tutub. Azərbaycan və Türkiyənin dövlət başçıları müstəqil və milli maraqlara xidmət edən siyasət yürüdərək öz dövlətlərinin inkişaf etməsinə tövhələrini verirlər. İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğan arasında olan qardaşlıq münasibəti təkcə iki ölkə arasında deyil, bütün türk dünyasında əlaqələrin inkişaf etməsinə gətirib çıxarıb. Son illər ərzində türk dövlətləri çox möhkəm birlik nümaiş etdirirlər. Bu münasibətlərin yaranmasında Azərbaycan və Türkiyənin xidmətləri böyükdür”.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)


















.jpg)
.jpg)





