Azərbaycan heç zaman olmadığı qədər qüdrətlidir - Millət vəkili
Bizi izləyin

Nida.az

Azərbaycan heç zaman olmadığı qədər qüdrətlidir - Millət vəkili

"Şərqdə ilk dəfə müstəqilliyini Azərbaycan bəyan etdi, ancaq o zaman Azərbaycanın müstəqil dövlət kimi yaşaması cəmi 23 ay çəkdi".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputatın sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin irsinin qorunmasında böyük xidmətləri olub: "Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etməmişdən məhz Ulu öndərimizin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında 1990-cı il noyabrın 17-də Xalq Cümhuriyyətinin bayrağı qaldırılıb və Naxçıvan MR-in dövlət bayrağı kimi rəsmiləşdirilib. Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra yenidən müstəqilliyini itirmək astanasında idi. O zaman Azərbaycanda hakimiyyət uğrunda çəkişmələr, xaos, anarxiya, xüsusən AXC-Müsavat cültüyünün xəyanəti nəticəsində ölkəmizdə vəziyyət dərin böhran həddinə çatmışdı. Bir tərəfdən də ermənilər torpaqlarımızı işğala məruz qoyurdular. Məhz 1993-cü ildə Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimiz qorunmağa başladı. Ölkədə ictimai-siyasi sabitlik hökm sürməyə başladı, iqtisadi inkişafımızın təməli qoyuldu”.

Millət vəkili qeyd edib ki, Ümummilli lider Heydər Əliyev eyni zamanda hakimiyyətə gəldikdən sonra məhz 28 may 1918-ci ildə Azərbaycanın müstəqilliyini elan etmiş azərbaycanlıların adlarının əbədiləşdirilməsi istiqamətində mühüm işlər gördü: "Heydər Əliyev 1 fevral 2003-cü il tarixli "Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında" sərəncamı imzaladı, 2007-ci il 25 mayda İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin Prezident İlham Əliyev tərəfindən açılışı baş tutdu. Eyni zamanda Prezidentin sərəncamı ilə 2018-ci il ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi ki, bu da dövlət başçısının Xalq Cümhuriyyətinin irsinin qorunmasına verdiyi böyük diqqətin bariz nümunəsi idi".

C.Osmanov vurğulayıb ki, bu gün Azərbaycan heç zaman olmadığı qədər qüdrətli bir ölkəyə çevrilib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfərlə torpaqlarımız işğaldan azad edilib: "Artıq Azərbaycan Müstəqillik Gününü qalib dövlət kimi qeyd edir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm