Nida.az
Lavrov Zəngəzur dəhlizinin üstündən xətt çəkdi? – İLGİNC DETALLAR - VİDEO
“Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ankaradan sonra İrəvana getdi. Sergey Lavrovun Ankara və İrəvan səfərlərini başgicəlləndirici turne kimi də xarakterizə etmək olar”.
Bunu Publika.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Hasan Oktay deyib.
Rusiyanın Xarici İşlər nazirinin Ankara və İrəvan səfərlərini şərh edən QAFSAM rəhbəri bildirib ki, Sergey Lavrovun Ankara səfərinin əsas gündəm mövzusu Ukraynadakı böhrandan qaynaqlanan taxıl və qida maddələrinin tədarükü problemi idi:
“Ankara masasında Sergey Lavrovla müzakirə edilən əsas mövzu isə Türkiyənin Suriya sərhədində həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı idi. Sergey Lavrov əminliklə söylədi ki, Kreml Ankaranın Suriya sərhədində terrorizmə qarşı hərbi əməliyyatlar keçirməsinə razı olmayacaqdır. O, bu fikirləri jurnalistlər üçün nəzərdə tutulmuş brifinqdə “qırıq-qırıq cümlələrlə” ifadə etdi. Türkiyə bu məsələdə Rusiyanın barışmaz mövqeyinin yumşalacağını ümid edirdi. Amma Sergey Lavrov Astana prosesini xatırladaraq Ankaranın ümidini “ofsayd”a saldı”.
Hasan Oktayın fikrincə, Rusiyanın xarici işlər naziri eyni diplomatik üslubu İrəvanda da davam etdirdi:
“Həmin Sergey Lavrov Azərbaycanla Ermənistan arasındakı sülh prosesindən bəhs edərkən Zəngəzur dəhlizinin açılmayacağını mümkün diplomatik üslubla söyləməyə çalışdı. Sergey Lavrov bu məsələdə Kremlin Zəngəzur dəhlizi ilə bağlı mövqeyində qərarlı olduğunu ortaya qoydu. Yəni 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanata görə açılması nəzərdə tutulan Zəngəzur dəhlizi açılmayacaq. Lavrovun İrəvanda səsləndirdiyi açıqlamalardan bunu aydın şəkildə duymaq mümkündür. Bunun önünə keçmək üçün Türkiyə-Azərbaycan-Ermənistan sülh razılaşması sürətləndirilərək, bu proses gündəmə gətirilə bilər. Əks halda Rusiya ilə İran Türkiyə-Azərbaycan-Ermənistan arasında gözlənilən sülhün önündə böyük əngəllər yaradacaq”.
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək









.jpg)






















.jpg)

