Nida.az
Elmar Məmmədyarov: “Azərbaycan inkişaf etməkdə olan donor ölkə statusu qazanıb”
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Helen Klark ilə görüşüb.
Publika.az-a bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Görüşdə H.Klark Azərbaycanın BMT İnkişaf Proqramı ailəsinin fəal və faydalı üzvlərindən biri olduğunu qeyd edərək, yaxin vaxtlarda Azərbaycana olacaq səfərinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Azərbaycana səfərinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdıran H.Klark Azərbaycanı orta gəlirli inkişaf etməkdə olan ölkə kimi görməkdən, Azərbaycanın inkişaf səviyyəsindən və ölkənin beynəlxalq arenada aktiv rol oynamasından məmnunluğunu ifadə edib.
Nazir Elmar Məmmədyarov xanım H.Klarkın Azərbaycana səfərinin BMT İnkişaf Proqramı və Azərbaycan Höküməti arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi baxımından zəruri olduğunu deyib.
E.Məmmədyarov əlavə edib ki, ölkəmiz humanitar və sosial-iqtisadi çətinlikləri aradan qaldırmaq üçün yardıma ehtiyacı olan inkişaf etməkdə olan ölkələrə yardım etmək məqsədilə AİDA (Azerbaycan International Development Agency) təşkilatını yaratmış və inkişaf etməkdə olan donor ölkə statusu qazanıb. O, indiyədək Latın Amerikası, Afrika və Asiyanın 30-dan artıq ölkəsinin bu humanitar yardımdan bəhrələndiyini diqqətə çatdırıb.
H.Klark Azərbaycanın İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində də ciddi nailiyyətlər əldə etdiyini deyərək, bu sahənin BMT İnkişaf Proqramı ilə Azərbaycan arasında strateji əməkdaşlığın gücləndirilməsində əhəmiyyətli rola malik olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Ömər Dağlı
-
Sosial15:00Azərbaycanda balığa da vergi gəlir - Qiymətlər kəskin bahalaşacaq
-
Hadisə14:25İcra başçısı köməkçisini işdən çıxardı
-
MDB13:01"McDonald's" niyə Rusiya bazarına qayıtmayacaq?
-
Ekologiya12:40Şimşək çaxacaq, dolu düşəcək - HAVA PROQNOZU
-
Sosial12:10Giriş iki manat, çay 20 manat…
-
Hadisə11:40Bakıda motosikletçilər dəhşətli qəza törətdilər: Ölən var - VİDEO
-
İdman10:17“Qarabağ”dan 100 milyonluq transfer: Azərbaycan futbolunda nə baş verir?
-
İdman09:45Məşhur aktrisa niyə Messiyə pərəstiş edir? - Birgə fotonu paylaşdı























.webp)











