Nida.az
Müsavatda “tərbiyəsiz” qalmaqalı: qalib və məğlubların sərt qarşıdurması
Müsavat Partiyasında yeni başqanlıq seçkiləri qalmaqalları yadda qaldı. Hazırda partiyada yeni başqan Arif Hacılı və seçkidə məğlub olan Qubad İbadoğlu-Səxavət Əlisoy cütlüyü arasında qarşılıqlı ittihamlar baş verir. Bu prosesdə əsas iştirakçılar namizədlərdən çox onların tərəfdarları və yaxınlarıdır.
Yeni qarşıdurma Arif Hacılının qardaşı, Əhrar Partiyasının sədri
Vaqif Hacıbəyli ilə, hansı ki onun Müsavata heç bir bağlılığı
yoxdur, Q. İbadoğlunun qatı tərəfdarı Vurğun Əyyub arasında davam
edir.
Publika.az xəbər verir ki, yeni başqanın qardaşı Vurğun Əyyubun
onun haqqında dediklərinə sərt cavab verib: “Müsavat Partiyasının
yeni və köhnə başqanları məndən xahiş etmişdilər ki, Müsavatın
qurultayından sonra meydana çıxan diskussiyalarla bağlı mövzularda
polemikaya son verim, mən də onlarla razılaşmışdım. Amma biri məni
tərbiyəsiz adlandırır, başqa birisi şəxsiyyət olmadığımı deyir,
partiya rəhbərliyindən heç kəs də bunlara cavab vermir, onda
pardon, mən niyə bunlara cavab verməməliyəm? Vurğun Əyyubun mənə
qarşı olan iddialarına aydınlıq gətirmək üçün bildirirəm ki,
2003-cü il oktyabrın 19 və 20-də mən həbsdə olmuşam. Oktyabrın
22-də həbsdən buraxılandan sonra bütün məhbuslar həbsdən azad
olunana kimi il yarım ərzində demək olar ki, hər gün heç bir
təmənnasız daim Müsavat Partiyasında qara fəhlə kimi çalışmışam.
Vurğun Əyyub gözəl bilir ki, qərargahla bağlı, Müsavata qarşı Bakı
Şəhər İcra Hakimiyyəti tərəfindən irəli sürülən bir milyonluq mülki
iddia ilə bağlı məhkəmələrdə onun imzaladığı etibarnamə əsasında
Müsavat Partiyasını təmsil etmişəm və mənə heç bir təlimat
verilmədiyi halda bütün məsuliyyəti öz üzərimə götürərək Müsavatı
AMİP və AXCP kimi qərargahsız qalmaq aqibətindən xilas etmişəm,
mülki iddianın isə baxılmadan saxlanmasına nail olmuşam. “Azadlıq”
qəzeti redaksiyasında keçirilən tədbirin təşkilatçılığını və
aparılmasını həyata keçirmişəm, orada təqdim etdiyim 15 səhifəlik
geniş məruzədə hadisələrə siyasi qiymət vermişəm və həmin məruzənin
mətnini xarici dillərə çevirib bütün dünyaya yaymışam. Nəticədə 15
oktyabr məhbuslarının əksəriyyətini vicdan məhbusları kimi
tanındılar. Həmin məhbusların müdafiəsi ilə bağlı yaranan
Repressiyalara Qarşı Müdafıə Komitəsinin üzvləri, yumşaq desək,
meydandan çəkildikləri üçün Müsavat Partiyası öz yeni qərargahında
15 oktyabr məhbuslarının müdafiə komitəsini yaratdı və mən həmin
komitənin sədri seçildim. Vurğun Əyyub gözəl bilir ki, həmin
komitədə məndən başqa heç kəs yox idi. Heç kəs adını ora yazdırmaq
istəmədi. Çünki qorxdular. O dövr elə bir dövr idi. İşçi qaydada
mənə Səftər Nəhmətli, bir də fədakar makinaçı Nəzakət xanım kömək
edib. Həmin dövrlərdə onun gün ərzində çap etdiklərinin 80 faizini
mən yazmışam. Heç vaxt borcundan çıxa bilməyəcəyimiz Osman bəy,
Yavər bəy, Namizəd bəy kimi vəkillərin səyləri, bir də İsa bəyin
ağsaqqallığı ilə bu prosesləri sonadək apardıq”.
V. Hacıbəyli qeyd edib ki, Müsavat Partiyası üçün həmin çətin
günlərdə Vurğun Əyyub ortada olmayıb: “Olubsa da, statist rolunda
olub, heç bir məsələnin məsuliyyətini öz üzərinə götürməyib. Qubad
İbadoğlu isə heç statist kimi də ortada olmayıb”.
Arif Hacılının qardaşı V. Əyyubun onu xəstə adlandırmasına da
münasibət bildirib.
“Bəli, mənim səhhətimdə müəyyən problemlər var, ağır formada
şəkərli diabetdən əziyyət çəkirəm, gündə üç dəfə insulin vururam.
Bir il əvvəl ürəyimdə aorta koranar şuntlama əməliyyatı olub. Hal
hazırda da, aorta damarının daralması diaqnozu ilə ölkədən xaricdə
müalicədəyəm. Amma həyatım üçün heç bir təhlükə yoxdur. Bunu
narahat ola biləcək dostlar üçün deyirəm. Həmin o şəkər xəstəliyini
də 2004- cü ildə, aylarla davam edən məhkəmələrdə keçirdiyim
stresslə bağlı tapdım, Vurğun bəy. Çünki nə sən, nə Qubad İbadoğlu
epizodik hallar istisna olmaqla oralarda ümumiyyətlə gözə
dəymədiniz. İndi də keçək tərbiyədəki qüsurlar məsələsinə.
Tərbiyəsizlik hərəkatda olan yoldaşların barədə istintaqa yalan
ifadə verməkdi, onlar barəsində şər- şəbədə danışmaqdı.
Tərbiyəsizlik nümunəvi keçən bir qurultaydan sonra səsvermənin
nəticələrinə kölgə salıb, qurultayın qəbul etdiyi qərarları legitim
saymıram bəyanatını verməklə partiyanın nüfuzuna sağalmaz zərbə
vurmaq hikkəsini nümayiş etdirməkdir. Qubad İbadoğlunu müdafiə
etmək sənin hüququndu və seçkiqabağı kampaniyadakı fəaliyyətinlə
bağlı mən heç bir mənfi fikir söyləməmişəm. Mənim etirazım
qurultaydan sonrakı qeyri-sağlam mövqelərlə, həm də Qubad
İbadoğlunun “mən Müsavat rəhbərliyinə qarşı mübarizədə uduzdum”
mülahizəsi ilə bağlı olub. Mən bildirmişəm ki, bu mülahizə həqiqətə
uyğun deyil. Öz mülahizəmi isə faktlarla sübut etmişəm. Qubad
İbadoğlunu dəstəkləyən və rəhbərlikdə təmsil olunan 36 nəfərin
siyahısını mətbuatda çap edən mən deyildim ki? Mən bu olaya
münasibət bildirmişəm. Mənim mülahizələrimdə razı olmadığınız
məqamlar varsa, ortaya arqument qoyun. Buna görə məni tərbiyəsiz,
mənəvi haqqı olmayan və sair adlandırmağın özü sizin hansı
tərbiyənin və hansı mənəviyyatın sahibi olduğunuzu çox bariz
nümayiş etdirir. Məncə, əlavə şərhə ehtiyac yoxdur”.
Qeyd edək ki, Vurğun Əyyub Arif Hacılının qardaşını xəstə
adlandırıb.
“Vaqif Hacıbəyli xəstə adamdır. Tərbiyəsində ciddi problemləri var.
Xəstə olduğundan dediyi yalanları bağışlayıram. 2003-cü ili
xatırlasa yəqin ki, doğru cavab verər. Səhv etmirəmsə, oktyabrın ya
19, ya da 20-də müsavatçılarla birlikdə “Azadlıq” qəzetinin
redaksiyasında idi. Onunla şəxsi münasibətimizdə heç bir problem
olmayıb. Əgər başqanlıqda Arif Hacılını dəstəkləsəydim, indi Vaqif
Hacıbəylinin dilindən tamam başqa sözlər eşidərdiniz”, -deyə o
bildirib.
Asif Nərimanlı
-
Elm və təhsil03:45
Buraxılış imtahanının modeli dəyişdirildi - Şagirdlərə necə təsir edəcək?
-
Kriminal02:43
19 yaşlı oğlan eşq yaşadığı iki qadını öldürüb intihar etdi - FOTOLAR
-
Magazin101:57
Mustafa Sandalın Bakıda çıxış etdiyi dəbdəbəli toydan GÖRÜNTÜLƏR
-
Qoroskop00:35
Günün qoroskopu: bu arzu sizi hərəkətə keçirəcək
-
Hadisə4 Oktyabr 21:45
Bakıda villa YANDI - VİDEO/YENİLƏNDİ
-
Hadisə4 Oktyabr 21:39
Azərbaycanda müəllim intihar etdi - FOTO
-
Dünya4 Oktyabr 21:05
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ
-
Dünya4 Oktyabr 19:55
İsrail ordusu “Hizbullah”ın 21 komandirini öldürdü