Nida.az
Elçin Əsgərov: “Dindar öz vətəninin tərəfini tutmalıdır” - MÜSAHİBƏ
- Son vaxtlar İran-Azərbaycan münasibətlərində yaşanan gərginliyə bir ilahiyyatçı kimi münasibətinizi bilmək istərdik...
- Burada bir-birindən ayrılmalı bir neçə məsələ var. Son gərginliyin yaranmasına səbəb “Avroviziya-2012” mahnı yarışması oldu. Çünki biz bu prosesin əvvəlindən münasibətlərin gərginlənləşməsində ilk addımı İran tərəfinin atdığını gördük. Azərbaycan dövlətinə və rəhbərliyinə qarşı müxtəlif ittihamlar irəli sürdülər.
Əsassız olaraq “Avroviziya” müsabiqənin gedişi zamanı baş verə biləcək bəzi hallarla, o cümlədən məlum paradın keçirilməsi ilə bağlı ittihamlar yağdırdılar. Münasibətlərin bundan sonra gərginləşməsi də İran tərəfindən atılan ilk addımın davamı oldu. Halbuki parad məlumatı yalan idi. Bəlli oldu ki, belə bir paradın keçirilməsi nə planlaşdırılıb, nə də keçirilmə ehtimalı var.
Azərbaycan rəhbərliyi və ictimaiyyət nümayəndələri bu tədbirin keçirilməyəcəyini bildirdikdən sonra da təkidlə Azərbaycanı bununla bağlı ittiham etmək yanlışlıq idi. Beləliklə, ilk ittiham İrandan gəldi. Hesab edirəm ki, ilk ittiham İrandan gəldiyi üçün günahkar da İrandır.
İkinci məqam ondan ibarətdir ki, əgər İran Azərbaycanda mövcud olan hansısa problemdən narahat idisə, həmin problem indiyədək də var idi, bəs niyə münasibət bildirmirdi? Bu problemin müsabiqə ərəfəsində qaldırılması onun hansısa məqsədə xidmət ediyini, məqsədyönlü olduğunu deməyə əsas verir.
Amma Azərbaycanda İranın ittihamlarına cavab verəndə də həddi gözləmək lazım idi. İnsan gərək səviyyəsindən aşağı düşməsin. İstənilən etiraz aksiyası həmin aksiyanı keçirənin səviyyəsini göstərir.
Təəssüf ki, Azərbaycan tərəfdə bəziləri İrandan gələn ittihamlara cavab verərkən – söhbət ictimaiyyət nümayəndələrindən gedir –həddi aşdılar.
- Bu cür situasiyalarda və qatmaqarışıq proseslər zamanı Azərbaycan dindarı nə cür mövqe tutmalıdır?
- Vətəni sevmək imandandır. İnsan ilk növbədə öz vətənini, öz ailəsininin, xalqınin yaşadığı cəmiyyəti müdafiə etsin, onun maraqlarını düşünsün. Düzdür, dinimiz bütün müsəlmanların bir-biri ilə qardaş olduğunu bəyan edir. Lakin eyni zamanda “Qurani-Kərim”də o da bildirilir ki, biz sizi ona görə müxtəlif millətlər olaraq yaratdıq ki, bir-birinizi tanıyasınız.
Yəni insanların müxtəlif qövmlərdən olmasını Allah müəyyən edib. Bu, obyektiv bir şeydir. Müsəlman qərar qəbul edərkən, addım atarkən şübhəsiz düşünməlidir ki, bu, sırf İslamın maraqlarıdır, yoxsa İslamdan kənar bəzi başqa niyyətlərdi? Yəni niyyəti həmişə düz götürmək lazımdır.
Bu baxımdan, əlbəttə, hər bir Azərbaycan dindarı son İran-Azərbaycan gərginliyində birmənalı olaraq öz dövlətinin, öz vətəninin tərəfini tutmalıdır. Azərbaycan dindarı həm də Azərbaycan vətəndaşıdır. Ölkə vətəndaşının isə hər bir halda öz dövlətinin tərəfində olması sadə bir həqiqətdir. Burada ikinci fikir ola bilməz.
- Amma bəzən bunun əksi də müşahidə olunur...
- Təəssüf ki, bu cür hallara rast gəlinir. Bunun da müəyyən səbəbləri var. Birinci səbəb odur ki, bəziləri sadəcə təsir altına düşür. Özü müstəqil fikir yürüdə bilmir, ona görə Azərbaycan tərəfini deyil, İranı müdafiə edir.
Digər tərəfdən təəssüf ki, son bir il-ilyarım ərzində dini siyasət sahəsində atılan bəzi addımları uğurlu hesab oluna bilməz. Bunun nəticəsində bir qədər etimadsızlıq mühiti yaranıb. Bundan da kənar qüvvələr istifadə etmək istəyirlər.
Səxavət
Publika.Az
-
Region12:02Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki...
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı
-
ABŞ10:00Tramp müsahibə zamanı qəzəbləndi: Aparıcıya "əxlaqsızsan" deyib, verilişi tərk etdi
-
İdman09:48DÇ-2026-dan öncə qalmaqal: Özbəklərlə cinayətkarlar kimi davrandılar - VİDEO
-
Sosial08:37Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!
-
ABŞ08:10Tramp NBA finalında fitə basıldı - Azarkeşlə polis arasında toqquşma
-
Sosial07:35Pensiya və sosial müavinətlərlə bağlı yenilik





































