Nida.az
Əvəz Temirxan: “Müxalifət öz qüvvələrini itirməməlidir“
"İctimai Palatanın (İP) aprelin 8-nə planlaşdırılan aksiyası razılaşdırılmış şəkildə keçirilsə, daha məqəsədəuyğun olar".
Bu barədə Publika.Az-a açıqlamasında Azərbaycan Liberal
Partiyasının (ALP) sədri Əvəz Temirxan bildirib.
“İctimai Palata ilə bir sıra məqamlarda fikirlərimizin uyuşmamasına
baxmayaraq, mən İP-nin qərarına hörmətlə yanaşıram. Düşünürəm ki,
mitinqin baş tutması, uğurlu alınması əhəmiyyət daşıyır. Lakin çox
istərdim ki, builki aksiyalar keçənilki təşəbbüslər kimi olmasın,
keçən aksiyalarda baş verənlər təkrarlanmasın”.
O vurğulayıb ki, hakimiyyətin münasib yer ayıracağı təqdirdə
aksiyanın razılaşdırılmış şəkildə keçirilməsi yaxşı olar:
“Müxalifət öz qüvvələrini itirməməli və narazı elektorat da öz
mövqeyini dinc şəraitdə ifadə etməlidir”.
Ə. Temirxan İctimai Palata ilə əməkdaşlıq məsələsinə də
toxunub.
ALP sədri qeyd edib ki, Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə
birlikdə ALP İctimai Palataya dəfələrlə təkliflər ünvanlayıb, amma
qarşı tərəfdən müxalifətin birliyi istiqamətində bəlli bir mövqe
müşahidə edilməyib.
“Yaxşı olardı ki, müxalifət hər hansı fikir müxtəlifliyinə
baxmayaraq birgə mitinq keçirəydi. Ortaq mövqe nümayiş etdirəydi.
Amma bu, hələ baş vermir”.
Rüfət Əhmədzadə
Publika.Az
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək









.jpg)





























