Nida.az
Saatlıda yol tikintisinə 3 milyon ayrıldı - SƏRƏNCAM
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Saatlı rayonunun Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Əlli bir min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Saatlı Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
-
ABŞ21:26İranın təkliflərindən məmnun deyiləm - Tramp
-
Nida Xəbər 20:00Azərbaycanda gömrük rüsumları ilə bağlı yeni qərar qüvvəyə mindi
-
Kriminal19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto
-
Hadisə18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
-
Nida Təhlil 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm
-
Sosial17:31Buraxılış imtahanının nəticələri elan olundu
-
Sosial17:03Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTO
-
Sosial14:51Partlayışda yaralanan həkim dünyasını dəyişib?











.jpg)

















.png)

.jpg)






