Nida.az
İran Qarabağla bağlı mövqeyini dəyişəcəkmi? – türkiyəli ekspert şərh edir
“İranla Qərb arasında nüvə proqramı ilə bağlı müəyyən istiləşmə olsa da, Tehranın Qarabağ münaqişəsinə yanaşmasının dəyişəcəyini demək bir qədər çətindir”.
Bunu Publika.az-a açıqlamasında Akdeniz
Universitetinin İqtisadi və İdarəçilik Bilikləri Fakültəsinin
Beynəlxalq əlaqələr bölümünün üzvü, türkiyəli ekspert Şenol
Kantarcı deyib.
Onun sözlərinə görə, İranla bağlı yumşalma Ankara və Bakı üçün də
önəmlidir: “Lakin Qarabağ məsələsində İranın qısa zamanda
yanaşmasının dəyişəcəyi ehtimalı azdır. Ermənistan İranla sərhəd
ölkə olaraq enerji və ticarət əməkdaşlığı edir. İranın Ermənistanla
əlaqələri onun Qarabağ münaqişəsində ortaya qoyduğu mövqeyə dəlalət
edir. Ermənistan rejimi işğalçı siyasət yürütdüyü üçün həm Bakı,
həm də Ankara ilə diplomatik əlaqələrə malik deyil.
Onun üçün İran vacib ölkədir. Ermənistan bu gün İranın qazı ilə isinir. Bununla yanaşı, Ermənistan dəmiryollarını İrana uzadaraq oradan Hind okeanına və Bəsrə körfəzinə çıxmaq istəyir. Bütün bunlar İranın Ermənistan üzərində ciddi təsirə malik olduğunu deməyə əsas verir. Tehran Bakıdan daha çox Moskva ilə olan strateji əməkdaşlığı düşünür və Rusiyanın Cənubi Qafqazda son qalası olan Ermənistana verdiyi önəm də burdan aydın olur. Bu baxımdan, Tehranın Qarabağ məsələsində mövcud siyasətini dəyişdirəcəyinə dair ehtimallar olduqca azdır”.
Asif Nərimanlı
-
Kriminal19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto
-
Hadisə18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
-
Nida Təhlil 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm
-
Sosial17:31Buraxılış imtahanının nəticələri elan olundu
-
Sosial17:03Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTO
-
Sosial14:51Partlayışda yaralanan həkim dünyasını dəyişib?
-
Qarabağ 14:42Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında oldu
-
Sosial13:32Prezidentin təltif etdiyi Fərəcov kimdir? - DOSYE



























.png)

.jpg)






