Nida Təhlil
Əsgərimiz niyə şəhid edildi? - Ermənilərin Naxçıvan hücumunun ŞOK SİRRİ
Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin
Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti
təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən
zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli
oğlu şəhid oldu. Bu, Ermənistanda Nikol Paşinyanın hakimiyyətə
gələndən sonra ilk təxribatıdır. Azərbaycanın Müdafiə Nazirliyi
təxribatın arxasında birbaşa Ermənistanın yeni təyin olunmuş
müdafiə və xarici işlər nazirlərinin dayandığını bəyan edib. Təbii
ki, əmri bu şəxsləri nazir təyin edən Paşinyan verib.
Publika.az xəbər verir ki, Təxribatdan bir neçə gün əvvəl
Ermənistanın müdafiə naziri David Tonoyan və xarici işlər naziri
Zoqrab Mnasakanyan Naxçıvanla sərhəddə gəlmişdi.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun
Ovannisyan feysbuk səhifəsində yazıb ki, “nazirlər sərhəd
xidmətinin xüsusi hərbi birləşmələrinin komandanlığında olub və
vəziyyətlə tanış olublar, onlar həmçinin, komandanlığa ayıq olmaq
tapşırığı verib”.
Nazirlər səfərindən dərhal sonra erməni hərbi birləşmələri atəşkəsi
pozaraq, Azərbaycan Ordusunun əsgərini şəhid etdi. İşğalçı
Ermənistan tərəfinin təxribatı təəccüblü deyil, lakin diqqət çəkən
məqam müdafiə və xarici işlər nazirlərinin niyə Naxçıvana gəlməsi
və təxribat hücumunun Qarabağdan yox, niyə məhz buradan
edilməsidir.
Burada Ermənistanın yeni hədəfi aydın görünür: hücumun cəbhəsi
dəyişdirilir və diqqət Qarabağdan yayındırılır.
1. Nikol Paşinyan mayın 8-də baş nazir seçiləndən
sonra ilk səfərini Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ
bölgəsinə etdi və burada danışıqların atmosferinə tamamilə zidd
olan “Qarabağ danışıqlar masasında tərəf olmalıdır”, - açıqlamasını
verdi. Bu, Paşinyanın “Sarkisyandan niyə üstün olduğunu” göstərmək
gedişi idi. Onun Sarkisyanın edə bilmədiyini etməyə cəhd
göstərməsi, erməni ictimaiyyətinin nəbzinə uyğun addım atması
təəccüblü deyil.
Naxçıvan hücumu isə Paşinyanın Sarkisyandan fərqləndiyini
göstərməyə çalışdığı ikinci cəhdidir. O, ermənilərin həmişə iddia
etdiyi “Naxçıvanı ələ keçirmək” xülyaları üzərindən manevr
edir.
Erməni politoloq Levon Şirinyanın “Ermənistanın yeni hakimiyyəti
Naxçıvanı ələ keçirmək istiqamətində təşəbbüslərə əl atacaq. Əgər
bunu etməsə, hakimiyyət dəyişikliyi adi dəyişikliyə çevriləcək. Mən
yeni hakimiyyətin bu istiqamətdə çalışacağına ümid edirəm”, -
sözləri də bu kontekstdə diqqət çəkir.
2. Ermənistanın yeni müdafiə naziri David Tonoyan
Naxçıvana gələndən dərhal sonra təxribat hücumu oldu və Azərbaycan
əsgəri şəhid edildi. Bu təxribatda Tonoyan faktoru təsadüfi
deyil.
2016-cı ildə müdafiə nazirinin müavini olan Tonoyan “aprel
müharibəsi”nin əsas arxitektoru hesab olunur. Onun Rusiya ilə
əlaqələri minimal olsa da, Qərbdə üzünə bütün qapılar açıq idi. Bu
imkanlarından istifadə edərək o “passiv müdafiədən aktiv
cilovlamaya” hərbi siyasi konsepsiyasını hazırladı. Bu konsepsiyanı
iki dəfə NATO-nun Brüsseldəki iqamətgahında müzakirə etdikdən sonra
ATƏT-in Vyandakı qərargahında və Londonda “Chatam House”də geniş
müzakirələrdə yeni konsepsiyasının təqdimatını keçirdi. 2016-cı
ilin fevralında baş tutmuş bu müzakirələrin finalı Ermənistanın
Yazıçılar Birliyində D.Tonoyanla görüş zamanı baş tutdu.
Konsepsiyanın qısa mahiyyəti belədir: Azərbaycan ordusu böyükdür,
güclüdür. Statik müdafiə vəziyyətində arada baş verən hərbi
əməliyyatlar Azərbaycana uğur gətirir. Yaranmış vəziyyəti erməni
ictimaiyyətinə izah etmək çətin olur. Ona görə Ermənistan ordusu
imkanlar yaradıb, Azərbaycan ordusuna zərbələr endirməklə onu
erməni ordusuna qarşı hərbi əməliyyatlardan çəkindirməlidir. Çevik
cilovlama zamanı Ermənistan ordusunun elit hissələrinin əldə etdiyi
qələbələr erməni xalqını daha da ruhlandıracaq.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Lakin Azərbaycan Ordusunun əks-hücumu Ermənistanın planlarını
alt-üst etdi. İrəvan məğlub olduqdan sonra Tonoyan fövqəladə hallar
naziri təyin edildi və nəhayət Sarkisyan devriləndən sonra Paşinyan
hakimiyyətində müdafiə naziri oldu. Onun Qərbə yaxınlığı müdafiə
naziri təyin olunmasında Paşinyanı hakimiyyətə gətirən erməni
diasporunun əlinin olduğunu deməyə əsas verir. Tonoyan 2016-cı ildə
baş tutmayan təxribat planını indi Naxçıvan istiqamətində həyata
keçirmək istəyir.
3. İrəvanın planına görə: Naxçıvan istiqamətində
hücum edilir və Azərbaycan Ordusunun cavab atəşi açmasına zəmin
yaradılır; Azərbaycanın cavab hücumu ermənilərin Qarabağ
danışıqlarını pozmaq və prosesi dayandırmaq istəyinə nail olmağa
imkan yarada bilər.
Asif
-
Dünya14:30
Körfəzdə müdafiə rəqabəti: BƏƏ və Qətərin gözləri Türkiyə bazarında
-
İqtisadi gündəm14:00
Əhalinin gözlədiyi xəbər - Pensiyalar bu qədər artacaq
-
Elm və təhsil12:44
Bu xanımlara vəzifə verildi
-
Nida Xəbər 12:10
Dövlət Xidmətinin 3 əməkdaşı işdən çıxarıldı
-
İdman11:28
GÜNÜN QIZI: “Siti”nin “keçəl dahi”sinin ən yaxşı əsəri - FOTOLAR
-
Nida Xəbər 10:53
Baş nazir qərar imzaladı
-
MDB10:40
Abxaziyada gərginlik arta bilər - Prezident qanun layihəsini geri götürmədi
-
Sosial10:24
Anar Prezidentə müraciət etdi: “Onlar özləri...”