Nida Təhlil
Prezidentin adamı Qarabağ üçün hazırlanan həll planının DETALLARINI AÇDI: Putin yaxşı anlayır ki...
Rusiyanın tanınmış politoloqu və təbliğatçısı, Siyasi
Tədqiqatlar İnstitutunun direktoru, Rusiya prezidentinin
səlahiyyətli nümayəndəsi Sergey Markov Cocuq Mərcanlıda keçirilən
və Ermənistan, həmçinin, Rusiyadakı erməni lobbisi tərəfindən
hiddətlə qarşılanan “Azərbaycan – Cənubi Qafqazda tək müttəfiqi”
adlı konfransdan danışıb.
Publika.az xəbər verir ki, Markov konfransda Azərbaycanın
Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqi olması haqda səslənən
tezisi ağıllı mövqe adlandırıb.
“Ən vacibi isə Dağlıq Qarabağ münaqişəsinin “Kazan düsturu”
çərçivəsində mümkün qədər tez həll olunması məsələsinin
qaldırılması idi. Rusiya prezidenti Vladimir Putin yaxşı anlayır
ki, bu münaqişə nizama salınmalıdır. Buna görə də Azərbaycanla
strateji əməkdaşlığı inkişaf edirir və bu əməkdaşlıq ittifaq
xarakterinə malikdir”, - deyə o bildirib.

S.Markov konfransda iştirak edən “Vahid Rusiya” partiyasının
deputatı Aleksey Yezubovun fikirlərini də xatırladıb.
Yezubov bildirib ki, “Azərbaycan, Rusiya və Ermənistan
prezidentləri (Ermənistanın keçmiş hakimiyyəti nəzərdə tutulur -
red.) münaqişənin həlli ilə bağlı “yol xəritəsi” hazırladılar və
müəyyən etdilər ki, ilkin mərhələdə işğal altındakı rayonların beşi
Azərbaycana qaytarılmalıdır”.
Markov əlavə edib ki, bu proses ləngiməməlidir: “Bizi hədəfimiz bu
prosesi tamamlamaqdır. Nəticədə Qarabağ Azərbaycana
qaytarılmalıdır”.
Asif
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Sağlamlıq12:58Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil





































.jpg)
.jpg)