Nida Təhlil
Putin Əliyevlə görüşü zamanı Ermənistanda rus ordusunu NİYƏ AYAĞA QALDIRDI? - ŞOK SƏBƏB
Rusiya prezidenti Vladimir Putin Bakıda səfərdə olarkən
Ermənistanda rus ordusu təlimlərə başladı. Rusiya və Ermənistanın
birləşmiş ordu qruplaşmasının keçirdiyi təlimlərin təfərrüatı məlum
olmasa da, Putinin Azərbaycan torpaqlarında Prezident İlham
Əliyevlə müzakirələr apardığı vaxt belə bir addımın atılması diqqət
çəkir.
Publika.az xəbər verir ki, Rusiya və Ermənistanın
birləşmiş ordu qruplaşması ötən ilin iyul ayında yaradılıb. Bu
qruplaşmanın qərargahı Ermənistan ərazisində olsa da, onun birbaşa
Moskvanın əmrləri ilə hərəkət etdiyi məlumdur. Hətta birləşmiş ordu
qruplaşması məsələsi gündəmə gələndə Ermənistanda Dağlıq Qarabağda
baş verə biləcək mümkün müharibədə rus ordusunun onlar tərəfindən
vuruşacağı haqqında sevinclə danışırdı. Sonradan Moskvanın rəsmi
məlumatlarında qruplaşmanın işğal olunmuş ərazilərdə baş verən
proseslərə qarışmayacağı təsdiqləndi.
Qruplaşmanın dünən təlimlərə başlaması Ermənistan-Rusiya
münasibətlərindəki gərginlik fonunda diqqət çəkir.
Moskva və İrəvan xəttində hər keçən gün çatlar daha da böyüyür.
Rusiya Qafqazda Azərbaycana daha çox diqqət ayırmağa başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 1-də Soçiyə səfəri
və rusiyalı həmkarı ilə 15-dən artıq ikitərəfli müqavilə
imzalaması, ardınca, prezident Vladimir Putinin Bakı səfəri və
Azərbaycan torpaqlarında verilən mesajlar da Bakı-Moskva xəttində
regional amillərdən qaynaqlanan yaxınlaşmanın sürətlə inkişaf
etdiyini göstərir. Maraqlıdır ki, Ermənistanın baş naziri Nikol
Paşinyan sentyabrın 8-də Moskvada Putinlə bir araya gəldi, bu
görüşün lazımi effekt vermədiyi, görüşdə yalnız erməni baş
nazirinin danışdığı, Rusiya liderinin isə bir neçə kəlmədən başqa
heç nə demədiyi haqqında Ermənistan və Rusiya mediasında məlumatlar
yayıldı. Putinin Bakı səfərindən sonra Ermənistana səfər edəcəyi
gözlənilsə də, dünən məlum oldu ki, yaxın zamanlarda belə bir səfər
gözlənilmir. Rusiya prezidentinin köməkçisi Uşakov isə bildirdi ki,
“Putinin vaxtı yoxdur”.
Göründüyü kimi, İrəvan-Moskva qarşıdurması fonunda Bakı-Moskva
yaxınlaşması aydın xətlə irəliləyir. Və ən maraqlı sual belədir:
Putin Bakıda İlham Əliyevlə görüşəndə rus ordusunu
Ermənistanda niyə ayağa qaldırdı?
İlk baxışdan, bu, belə görünmür, çünki təlimdə rus əsgərləri ilə
yanaşı, erməni əsgərlər də iştirak edir. Hətta Ermənistanda
Paşinyana yaxın media bu təlimləri “Putin İrəvandan Bakıya
mesaj verir” deyə təqdim edir, bununla Moskva-İrəvan
xəttində “hər şeyin yolunda olduğunu” göstərməyə
çalışırlar. Lakin burada iki məqam nəzərə alınmalıdır:
1. Təlimlərə başlayan birləşmiş ordu qruplaşması
birbaşa Moskvanın əmrləri ilə hərəkət edir.
2. Ermənistanda hakimiyyətə Paşinyan gəlsə də,
erməni ordusunun əsas strukturu və aktiv fəaliyyətdə olan zabitləri
Rusiya təsirindədir.
Ortaya çıxan mənzərə belədir: Putin Bakıya gəldiyi
gün Ermənistanda birləşmiş ordu qruplaşmasını poliqona göndərir və
bununla Nikol Paşinyan hakimiyyətinə bölgədə “baş hakim” olduğunu
nümayiş etdirir.
Asif Nərimanlı
-
Region10:48Hakkaridə Türkiyə əsgəri öldürüldü
-
MDB10:40Rusiya ordusu Kiyevin ən güclü İstilik Elektrik Stansiyasını vurdu
-
Hadisə10:31Şahdağa qar yağdı - Faktiki hava
-
İqtisadi gündəm10:045,03 trilyonluq zirvə: “Apple” yenidən birincidir
-
Maraq dünyası09:55Qatar bu dəfə ayı vurdu - Sərnişinlər gecəni vaqonlarda keçirdilər
-
ABŞ09:19Donald Trampın arzuladığı Nobel mükafatına Melaniya yaxınlaşdı - "The Telegraph"
-
ABŞ08:15İrana yeni zərbə dalğası endiriləcək - Dəqiq tarix açıqlandı
-
Cənubi Qafqaz07:35“Azərbaycanın istədiyi Konstitusiya bizi alt-üst edəcək!” - Karapetyan

































.jpg)
.jpg)