Köşə
Nikolun gizli Qarabağ gedişi
Asif Nərimanlı
Dağlıq Qarabağ münaqişəsi ətrafında görünməyən, bir qədər də maraqlı proseslər baş verir. Düşənbə razılaşmasından sonra təmas xəttində sabitlikdir, lakin hazırda seçkilərə hazırlaşan Nikol Paşinyan “vətənpərvərlik” pafosundan daxili auditoriya üçün istifadə etməyə davam edir. Paşinyanın iddialarını, xüsusilə Düşənbə razılaşmasına rəğmən “Qarabağ danışıqlarda əsas tərəf olmalıdır” kimi absurd çıxışlarını “seçki təlaşı” hesab etmək olar. Lakin onun mövqeyi seçkidən sonra dəyişəcəkmi?
Son günlər Qarabağ ətrafında qeydə alınan bəzi nüanslar bu sualı
gündəmə gətirir.
Mümkündür ki, Paşinyan seçkidə xalq qazanmaq üçün
Qarabağ faktorundan gen-bol istifadə edəcək, istədiyinə nail
olandan sonra danışıqlar masasına konstruktiv mövqe ilə əyləşəcək.
Bu günlərdə regiona səfər edən ABŞ prezidentinin milli
təhlükəsizlik üzrə müşaviri Con Boltonun İrəvanda olarkən
“Paşinyanın komandası qalib gələrsə, bu, münaqişənin həlli ilə
bağlı real addımlar atmaq imkanı yaradacaq” açıqlamasını da
“Sahibləri Paşinyandan münaqişənin həll edilməsini tələb edir” kimi
də oxuya bilərik. ABŞ-İran qarşıdurması da bununla bağlı bir sıra
versiyaları ortaya çıxarır.
Amma kim zəmanət verir ki, Paşinyan seçkiyə qədər
danışıqlar atmosferinə zidd açıqlamalarla xalq qazanaraq,
istədiyinə nail olandan sonra danışıqlar masasına
əyləşəcək?!
Əslində Boltonun, ondan sonra regiona gələn həmsədrlərin səfərindən
dərhal sonra Paşinyanın Azərbaycanın işğal edilmiş ərazilərin
gəlişi və burada 3 gün boyunca qalması diqqət çəkir. Paşinyan təmas
xəttində erməni əsgərlərlə selfi çəkdirərək, “Adımız Ermənistan
ordusudur” şüarı ilə virtual aləmdə car çəkdi. Onun bu addımı da
daxili auditoriyaya yönəlib. Lakin təcrübə erməni rəhbərliyinin
təmas xəttinə gəlişinin təxribat hücumları ilə yadda qaldığını
deməyə əsas verir. Hətta “demokratiya bayrağı” altında hakimiyyətə
gələn Paşinyanın cəbhəyə səfərləri də təxribat seriyasından
fərqlənməyib. Bu ilin may ayında myeni müdafiə naziri David
Tonoyanla xarici işlər naziri Zoqrab Mnasakanyanın Naxçıvan
sərhədinə gəlişi bunun bariz nümunəsidir.
Təcrübəyə əsaslansaq, Paşinyanın təmas xəttində çəkdirdiyi selfinin
yeni təxribatlar seriyasının ilk kadrlarından olduğu ehtimalı
üzərində dayana bilərik. Bu, səbəbsiz deyil.
Burada Rusiya xarici işlər naziri Sergey Lavrovun ATƏT sədri ilə
görüşündə səsləndirdiyi “Ermənistanda indi müşahidə
etdiyimiz yetərincə gərgin daxili təbəddülatlar bitməyinədək bu
böhranı aradan qaldırmaq, Dağlıq Qarabağ münaqişəsinin dolğun
həllinin konkret variantlarına dair ciddi müzakirələr aparmaq çətin
mümkün olsun” sözləri yada düşür.
Lavrovun açıqlaması danışıqlar prosesinin günahkarının Ermənistan
olduğunu açıq şəkildə göstərməkdir. Lakin bu fikirləri belə də
oxuya bilərik: həmsədr ölkələr Ermənistanda daxili siyasi
vəziyyəti nəzərə alaraq, danışıqlar prosesinin dayanmasını normal
hesab edirlər; Rəsmi Bakı da indiki şəraitdə bunu anlayışla
qarşılayır; Yəni Paşinyan daxildə istədiyi seçkini keçirəcək,
taxtının mıxlarını bərkidəcək, sonra danışıqlar masasına gələcək;
Ona qədər, yəni dekabrda keçiriləcək seçkiyə və ondan bir neçə ay
sonraya qədər gözləmək olar; Mümkündür ki, Paşinyan vaxt istəyib və
bunun əvəzinə danışıqlar masasına konstruktiv mövqe sərgiləyəcəyi
sözünü verib;
Paşinyan da anlayır ki, ona seçkini keçirməyə icazə verilibsə və
daxili auditoriyanı ələ almaq üçün Qarabağla bağlı absurd
iddialarına göz yumulursa, danışıqlar masasına həll prosesinin
tərəfdarı kimi gəlməlidir. Və onun masaya əyləşməsi erməni
qoşunlarının ən azından Qarabağ ətrafındakı rayonlardan çıxarlması
ilə nəticələnə bilər. Hətta buna razı olmasa belə təzyiqlərin
qarşısında duruş gətirə bilmək təhlükəsi mövcuddur.
Masadan qaçmağın yalnız bir yolu var: Qarabağda
müharibə.
Müharibə Paşinyana daxili problemlərin unudulması, verdiyi iqtisadi
vədlərin bir kənara atılması, bir lider olaraq daha da güclənməsi,
ən asas da danışıqlar masasında qaçmasına kömək edə bilər. Digər
tərəfdən, ABŞ-İran qarşıdurması fonunda Qarabağda, yəni İran
sərhədlərində baş verəcək müharibə regionda ciddi qarışıqlığa səbəb
ola bilər, eləcə də Vaşinqton anti-İran planları fonunda müharibəni
davam etdirməsi üçün Ermənistana bu və ya digər formada dəstək verə
bilər. Və Paşinyan müharibə planını məhz seçkidən sonra, çox güman
ki, yaz aylarına saxlayacaq. Erməni politoloq Aleksandr
İskəndəryanın “Yazda Qarabağda eskalasiya ola bilər” açıqlaması da
bu kontekstdə diqqət çəkir.
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi