Nida Təhlil
İranın başı agentlərə qarışdı, azərbaycanlı zəvvarlar Ərbəində itkin düşdü - FOTOLAR
Ərbəin mərasimində iştirak etmək üçün İraqa gedən
zəvvarlar ciddi problemlərlə qarşılaşır.
Publika.az xəbər verir ki, azərbaycanlı zəvvarlar arasında
itkin düşənlər var.
İtkin düşən Masallı rayon sakini,1998-ci il təvəllüdlü Fətullayev
Hüseyn İltimas oğlu polislər tərəfindən saxlanılıb. Məlumata görə,
gecə yarısı zəvvar qrupundan ayrılan Hüseyn Fətullayev
Nəcəf-Kərbəla yolunda park edilən avtomobillərin birinə daxil
olaraq yatıb. Lakin yoldan keçən avtomobillərdən biri onun içində
olduğu avtomobillə toqquşaraq qəza törədib. Nəticədə İraq polisi
onu saxlayaraq, təcridxanaya aparıb.

H. Fətullayevin əqli qüsuru olduğu deyilir. Lakin həbsxanadan
buraxılması üçün cərimə ödəməsi tələb olunur. Sosial şəbəkələrdə
yayılan məlumatlara görə, zəvvarları aparan şirkət cəriməni
ödəməkdən boyun qaçırdığı üçün Azərbaycan vətəndaşı hazırda İraq
həbsxanasındadır.

Rahim Həsənli adlı sosial şəbəkə istifadəçisi bu haqda yazır:
“Azərbaycanlı zəvvarları Ərbəin mərasimində iştirak üçün İraqa
aparan şirkət 100 minlərlə dollar pul qazanır, lakin zərəri ödəmək
istəmir. Qrup rəhbəri qoca kişidir, qalıb yollarda, amma şirkətin
heç bir nümayəndəsi onunla maraqlanmır. Valideynləri ah-nalə
edirlər”.

Oktyabrın 27-də isə Cəlilabad rayon sakini 1987-ci il təvəllüdlü
Əliyev İsmayıl İntiqam oğlu da Nəcəf-Kərbəla yolunda yoxa çıxıb.
Onun taleyi məlum deyil.

Ərbəin mərasimi zamanı zəvvarların itkin düşməsi, yaxud digər
problemlərlə qarşılaşması halları birinci dəfə deyil. Xüsusilə
oğurluq halları mütəmadi olaraq baş verir.
Ərbəin mərasimi İraqda keçirilsə də, zəvvarların ora aparılması,
ziyarətin təşkili və təbliğatını İran həyata keçirir. Misal üçün,
İranın Gilan və Ərdəbil vilayətləri rəsmilərinin açıqlamalarında
bildirilir ki, bu il Kərbəla şəhərində keçirilən Ərbəin yürüşünə
Azərbaycan və Gürcüstandan olan zəvvarlar Biləsuvar sərhəd
məntəqəsindən, Dağıstan və Çeçenistandan olan 13000 zəvvar isə
İranın Astara sərhəd keçid məntəqəsindən keçəcək. Elam vilayətinin
Mehran sərhəd keçid məntəqəsində Rudsər qəsəbəsinin düşərgəsi digər
postsovet respublikalarından olan 5000 azərbaycanlı zəvvara xidmət
göstərəcəkdir. Əşrəfiyyə, Siyahkol, Lahican və Ləngərud şəhərləri
düşərgələrində əlavə 5000 zəvvarın qalması üçün şərait yaradılıb.
Həmçinin Rəşt, Fumən, Şəft, Suməsəra, Masal, Ənzəli və Rizvanşəhr
şəhərlərinin düşərgələri də Kərbəla zəvvarlarına xidmət
göstərəcəkdir. Hər bir zəvvar üçün bir günlük xərc 400 min rial (8
manat) nəzərdə tutulub ki, bu məbləğ də İranın ali dini rəhbərinin
xüsusi fondundan ödənilir. Lakin zəvvarların başına gələnlər
təşkilatçılığın zəif olduğunu sübut edir. Xüsusilə son iki hadisə
Kərbəlaya səfərləri təşkil edən qrup və şirkətlərin əsasən maddi
maraq güddüyü və zəvvarların taleyi ilə maraqlanmadığını göstərir.
Araşdırmalar göstərir ki, İranın dini mərkəzləri əsas diqqəti
zəvvarlar arasından özlərinin “təsir agentləri”ni seçmək və onlar
arasında xüsusi təbliğat aparmağa yönəldir. Görünür, “təsir agenti”
ola bilmək potensialı olmayan digərlərinin taleyi təşkilatçıları
maraqlandırmır. Fiziki qüsurlu azərbaycanlının adi yol-nəqliyyat
qəzasına görə hələ də həbsxanada saxlanılması və ondan cərimə tələb
olunması da bunun əyani nümunəsidir.
Asif
-
Qoroskop01:40Günün ulduz falı: gözlənilməz bir mesaj və ya görüş gözlənilir
-
Hadisə00:15Bakı metrosunda nasazlıq - Sərnişinlər düşürüldü
-
İdman5 Dekabr 23:35"DÇ-2026"nın final mərhələsinin püşkü atıldı - Qruplar
-
İKT5 Dekabr 21:39İlon Maska zərbə: "X" 120 milyon avro cərimələndi
-
Dünya5 Dekabr 20:00Dünya tikan üstündədir: "Yadplanetli gəmi" hökumətləri hərəkətə keçirdi
-
MDB5 Dekabr 19:50Peskovun qızı iddialı libasda - FOTOLARI gündəm oldu
-
Səhiyyə5 Dekabr 19:00Bu həkimlər işləyə bilmək üçün rüşvət verib - Siyahı və məbləğ
-
Hadisə5 Dekabr 18:40Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin son durumu açıqlandı





















.jpg)



.jpg)












