Nida Təhlil
İranın azərbaycanlı qızlarla bağlı çağırışı qalmaqal yaratdı - Deputatdan SƏRT MESAJ!
Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın azərbaycanlı qızları ölkəsinə dəvət etməsi və Azərbaycanın dünyəvi təhsil qaydalarını hədəf alması rəsmi Bakı tərəfindən ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirilib.
“Bu hadisənin siyasi və regional təsirlərini necə dəyərləndirmək olar?” sualı ilə müraciət etdiyimiz millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Publika.az-a bildirdi ki, Azərbaycan bu məsələyə dəfələrlə münasibət bildirib və mövqeyini açıq şəkildə ifadə edib.
Onun sözlərinə görə, bu, Azərbaycanın özünün qəbul etdiyi qərardır və ölkəmizin kiminsə dəstəyinə və ya yardımına ehtiyacı yoxdur:
“Ölkəmiz öz tələbə və şagirdlərinə lazımi təhsili verir və bundan sonra da verəcək. Bu gün İranda azərbaycanlıların Azərbaycan dilində təhsil almasına imkan verilmir. Odur ki, belə bir addımın atılması qəbuledilməzdir. Bu cür açıqlamaların verilməsi də düzgün yanaşma deyil. Çünki bu, Azərbaycanın daxili işlərinə müdaxilə etmək deməkdir.
İranla münasibətlərimiz uzun müddət gərgin olub. Hazırda isə münasibətlər normallaşıb. Bu səbəbdən, münasibətlərin yenidən gərginləşməsinə yönələn addımlar atılmamalıdır. Bu cür bəyanatlar və açıqlamalar yalnız ikitərəfli münasibətlərimizə zərər vurur”.
Deputat vurğuladı ki, İran tərəfi diqqətini digər ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə, öz problemlərinin həllinə yönəltməlidir:
“İranın öz daxilində çoxsaylı problemləri var və bu problemlərin həlli istiqamətində çalışmalıdır. Başqa ölkələrə dəstək vermək və ya bu istiqamətdə hansısa addımlar atmaq əvəzinə, ilk növbədə, öz daxili problemlərinin həllinə diqqət yetirməlidir. Heç bir halda bu cür açıqlamalar və yanaşmalar qəbul edilə bilməz. Buna görə də İran tərəfi bu kimi bəyanatlara və açıqlamalara son qoymalıdır”.
Müəllif: Roza
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi


















.jpg)















