İlham Əliyevdən hərbçi və şəhid ailələrinə BÖYÜK QAYĞI - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

İlham Əliyevdən hərbçi və şəhid ailələrinə BÖYÜK QAYĞI - ŞƏRH

Ali Baş Komandan, Prezident İlham Əliyevin Sabunçu rayonunda hərbçilərə yeni mənzillər verilməsi mərasimində iştirak edib.

Publika.az
xəbər verir ki, hərbiçi ailələri ilə görüşən dövlət başçısı Azərbaycanda ordu quruculuğundan və hərbiçilərə göstərilən qayğıdan danışıb.

Prezident İlham Əliyev bildirib ki, qüsursuz xidmət göstərən hərbi qulluqçuların ailələrinə dövlət tərəfindən mənzillər verilir.

Bu günə qədər 1279 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilib. Son illərdə bir çox hərbi şəhərciklərimizdə əsaslı təmir-bərpa işlər aparılıb. Hərbçilərin, əsgər və zabitlərimizin xidmət şəraiti də böyük dərəcədə yaxşılaşıb. Bu gün bizim hərbi şəhərciklərimizin, hərbi hissələrimizin, hərbi bazalarımızın təxminən 75-80 faizi standartlara tam cavab verir. Növbəti illərdə hələ də təmirə ehtiyacı olan hərbi hissələrin təmiri nəzərdə tutulur.

Bu il 626 şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə dövlət ərəfindən mənzillər verilib və gələn il ən azı 800 mənzil veriləcəkdir.

Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən minik avtomobilləri ilə təmin olunurlar. Bu il 5800 köçkün ailəsi yeni evlərlə, mənzillərlə təmin edilib.

Builki prezident seçkilərindən dərhal sonra dövlət başçısının imzaladığı birinci Fərman şəhidlərin vərəsələrinin maddi vəziyyətinin yaxşılaşdırılması haqqında olub.

10 minə yaxın şəhid ailəsinə ailəyə dövlət tərəfindən 11 min manat vəsait verilməsi nəzərdə tutulub.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli Publika.az-a açıqlamasında bildirib ki, dövlət üçün nümunəvi xidmətlər göstərmiş şəxslərin əməyini dövlət başçısı həmişə yüksək qiymətləndirir:



“Bu kimi amillər Azərbaycanda gənc nəsildə vətənpərvərlik ruhunun daha da yüksəlməsinə zəmin yaradır, Silahlı Qüvvələrimizi dünyada ən qüdrətli ordular sırasında yer almasına imkan verir. Bu gün ölkəmizdə həm şəhid ailələrinə, həm müharibə əlillərinə, həm məcburi köçkün ailələrinə, eləcə də əhalinin digər həssas qrupuna böyük qayğı ilə yanaşılır. Bu məsələlər birbaşa ölkə Prezidentinin nəzarəti altındadır”, - deyə o bildirib.

Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, Azərbaycanda hərbiçilər və şəhid ailələrinə həmişə dövlətin xüsusi qayğısı olub:



“Prezident İlham Əliyevin söylədiyi kimi şəhid ailələrinə, Qarabağ əlillərinə, müharibə veteranlarına qayğı hər zaman olub, bundan sonra da olacaq və daha da artacaq. Elə sonuncu hadisə, şəhid olmuş hərbi qulluqçularının ailələrinə 58 milyon manat pul vəsaitinin ayrılması da bunu göstəricisidir. Onların böyük bir qismi 97-ci ilədək sığorta olunmamışdılar və ailələri sığorta haqqını ala bilmirdilər, ailələrinin böyük hissəsi birdəfəlik ödənişləri aldılar. Gələn il də 50 milyon manat vəsait ayrılacaq. Demək olar ki, bütün şəhid ailələri bu qayğı ilə əhatə olunub. Şəhid ailələrinə mənzillərin, torpaq sahələrinin verilməsi, övladlarının dövlət vəsaiti hesabına ali təhsil alması və digər göstərilən tədbirlər ölkə rəhbərinin qayğısının ifadəsidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm