Nida Təhlil
Bu, Qarabağın qaytarılması ilə nəticələnəcək... - Rusiyadan SENSASİON XƏBƏRDARLIQ
“ABŞ və Böyük Britaniya Ermənistanda yüksək fəallıq
göstərir. Bu neqativ haldır. Çünki Rusiya ilə hərbi əməkdaşlığın
itirilməsi avtomatik olaraq Dağlıq Qarabağın Azərbaycana
qaytarılması ilə nəticələnəcək. Ermənistanın indiki hakimiyyəti
bunu anlamır”.
Publika.az xəbər verir ki, bu barədə ermənipərəst mövqeyi
ilə tanınan rusiyalı hərbi ekspert Vladimir Yevseyev deyib.
Yevseyev iddia edir ki, Dağlıq Qarabağda müharibənin alovlanması
toqquşmaların Azərbaycan-Ermənistan sərhədinə də keçməsi ilə
nəticələnə bilər.
“Həmçinin, Azərbaycan və Türkiyə ordularının birgə hərəkət edəcəyi
də istisna deyil. Bu baxımdan, Ermənistan hakimiyyəti Rusiya
bazalarının əhəmiyyətini anlamalıdır. Bu bazalar ilk növbədə
Türkiyənin ambisiyalarının qarşısını alır. Buna görə də Rusiya və
Ermənistan arasındakı hərbi əməkdaşlığın zəifləməsi İrəvanı ciddi
təhlükələr altına qoyacaq. Dağlıq Qarabağ Azərbaycana qaytarılsa,
bu ermənilərin qəzası olacaq. Ermənilər Ermənistanda niyə
yaşadıqlarını anlamayacaqlar, hətta diasporun heç bir əhəmiyyəti
qalmayacaq”, - deyə o bildirib.
Yevseyev qeyd edib ki, Rusiya Ermənistanın yeganə zəmanətçisidir:
“Rusiya olmasa, Ermənistanı nə ABŞ, nə Böyük Britaniya, nə də NATO
qorumayacaq. Ermənistanın əhalisi faktiki olaraq cəmi 2,3
milyondur, onlar 10 milyonluq Azərbaycanın qarşısında dayana
biləcəklərmi?! Bu mümkün deyil. Situasiya yetişsə, Azərbaycan təkcə
yeddi rayonu yox, bütövlükdə Qarabağı qaytaracaq”.
Asif
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?













.jpg)





.webp)






.jpg)







