Nida Təhlil
Almaniyadan Qarabağla bağlı SENSASİON XƏBƏRDARLIQ: Yaxın vaxtlarda...
“Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması təkcə
Cənubi Qafqaz regionu üçün yox, həm də bütün dünya üçün problemdir,
çünki genişmiqyaslı hərbi hərəkətlərin riski daim yüksəlir”.
Publika.az xəbər verir ki, bu barədə “Vestnik Kavkaza”
nəşrinə müsahibəsində almaniyalı politoloq Andreas Umland
deyib.

Alman politoloq hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi saat
mexanizmli bombadır və heç kim onun nə vaxt partlayacağını
bilmir.
“Münaqişənin nizama salınması nə qədər təxirə salınırsa, bir o
qədər qlobal səviyyəli məsələyə çevrilir. Ən pis nəticə Ermənistan
və Azərbaycanın hərbi müttəfiqlərinin iştirakı ilə müharibənin
genişlənməsidir. Rusiya və Ermənistan Kollektiv Təhlükəsizlik
Müqaviləsi təşkilatında təmsil olunur, Azərbaycan hələ 2010-cu ildə
Türkiyə ilə Strateji Əməkdaşlıq Haqqında Müqavilə imzalayıb.
Türkiyə öz növbəsində NATO-nun üzvüdür. Bu baxımdan, Dağlıq Qarabağ
probleminin həll edilməməsi Rusiya və NATO arasında müharibə
riskini yaradır”, - deyə o xəbərdarlıq edib.
A. Umland hesab edir ki, yaxın vaxtlarda münaqişənin həlli baş
tutmasa, vəziyyət tərəflər və onların müttəfiqləri üçün çox
təhlükəli olacaq.
Asif
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL




































.jpg)