Nida Təhlil
Ermənistanda döyüş başlandı: ərazilərin qaytarılması ətrafında mübarizə gedir
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Paris
razılaşması, ardınca Davosda Azərbaycan Prezidenti ilə erməni baş
nazirin görüşü Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni
situasiyanın yarandığını göstərir. Lakin Ermənistan daxilində bu
məsələ qarşıdurma mövzusuna çevrilib.
Publika.az xəbər verir ki, Ermənistan rəhbərliyi və bu
ölkənin Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qondarma
rejim arasında “ərazilərin qaytarılması məsələsi” ilə bağlı fikir
ayrılığı yaranıb.
Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan məxfi
razılaşmanın olmadığını, “xalqların sülhə hazırlanması” ilə bağlı
danışıqların detallarının ictimaiyyətə açıqlandığını deyir.
Ermənistan müxalifəti, xüsusilə uzun illər Qarabağ faktorundan
hakimiyyətdə qalmaq üçün istifadə edən Respublika Partiyası Nikol
Paşinyan yalan danışmaqda ittiham edir.
Lakin ən diqqət çəkən məqam separatçı rejiminin “təhlükəsizlik
şurasının katibi” Samvel Balasanyanın açıqlamasıdır.
Separatçı general bəyan edib ki, xalqları sülhə hazırlamaq üçün
əvvəlcə regionda sülh olmalıdır: “Əgər belə bir müqavilə yoxdursa,
onda bu haqda danışmaq yersizdir”.
Balasanyan ərazilərin qaytarılmasına qarşı olduqlarını bəyan
edib.
Bu situasiya Ermənistan daxilində siyasi qarşıdurma yaratmaqla
yanaşı, danışıqlar prosesinə də zərbə endirə bilər.
Erməni şərhçi Sarqis Artsruni yazır ki, “İrəvan və Xankəndi
arasında qarşıdurma yaşanır və bu gizli siyasi zərbələrin
endirilməsi ilə nəticələnə bilər”.
“Ermənistan üçün təhlükəli vəziyyət yarandı. Qarabağ “hakimiyyəti”
Nikol Paşinyandan uzaqlaşır, zaman keçdikcə Robert Koçaryan və Serj
Sarkisyanın tərəfdarları ilə həmrəy olur. Bu qarşıdurma Ermənistanı
uçuruma aparır”, - deyə o qeyd edib.
Asif
-
Magazin221:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi





































.jpg)