Nida Təhlil
Qarabağ masasında nə baş verir? – Pol Qobl AÇIQLADI
“Dağlıq Qarabağ münaqişəsinin həlli iki məzmunlu məsələyə görə - İrəvan öz müqəddəratını təyin etməni, Bakı sərhədlərin toxunulmazlığı və dövlət müstəqilliyini əsas götürür – irəliləyə bilmir. Çətin ki, yaxın gələcəkdə irəliləyiş olsun. Bu o demək deyil ki, ikinci dərəcəli məsələlər həll olunmur, misal üçün humanitar məsələlər. Lakin bütün bunlar mürəkkəb və əhəmiyyətli sualların həllinə gətirib çıxarmır. Diplomatlar öz işləri üçün nikbin olmağa məcburdur, lakin analitiklər belə ola bilmir”.
Publika.az xəbər verir ki, bu barədə məşhur amerikalı politoloq, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 2000-ci illərdə “Qobl planı” adlandırılan təklifləri irəli sürmüş Pol Qobl deyib.
XİN rəhbərlərinin Moskva görüşünə və Rusiyanın yenidən öz planını gündəmə gətirməsinə toxunan Qobl hesab edir ki, ruslar münaqişənin istənilən həll variantında öz xeyirlərini təmin etməyə çalışacaq.
“Lakin faktiki olaraq nə Moskvada, nə də digər vasitəçilərdə hər iki tərəfin qəbul edəcəyi təklif var. Hesab edirəm ki, Moskvanın təklif etdiyi “Lavrov planı” hərtərəfli proqram deyil, buna görə də münaqişənin həllinə əsas yaratmır”, - deyə o bildirib.
Qobl Paşinyanın Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin danışıqlarda tərəf kimi iştirakı ilə bağlı təklifinin perspektivsiz olduğunu hesab edir: “Qarabağın danışıqlarda tərəf kimi iştirakı Bakı üçün qəbuledilməzdir. Belə bir ehtimal irəli sürmək olar ki, danışıqlar “ikimərtəbəli” olacaq, yəni ictimaiyyətə məlum olan danışıqlar Bakı və İrəvan arasında keçiriləcək, arxada isə Qarabağdakı rejimlə də müəyyən təmaslar qurulacaq. Lakin bu ssenari heç bir perspektivə sahib deyil”.
Asif
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL




































.jpg)