Nida Təhlil
Paşinyan əraziləri qaytarmaq istəyir, lakin... – Putinin adamı İrəvanın QORXUSUNU AÇDI
“Paşinyan Qarabağda sülh istəyir, lakin daxili siyasətdə vəziyyət ona bu istiqamətdə konkret addımlar atmağa imkan vermir”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanla razılaşmağa qorxur.

“Çünki hesab edir ki, ərazilərin qaytarılması ölkədə ona qarşı sui-qəsd və çevrilişlə nəticələnəcək. Ermənistanda artıq belə presedent var. 1999-cu ildə Qarabağ məsələsinə görə parlament güllələnmişdi. Bu vəziyyət münaqişənin nizama salınması ilə bağlı danışıqlar prosesini tormozlayır. Bu fonda əsirlərin mübadiləsini ən yaxşı halda sülh simvolu hesab etmək olar. Lakin bu o demək deyil ki, tərəflər bundan sonra daha tez-tez görüşəcək və nizamasalma ilə bağlı hansısa sənədi imzalamağa başlayacaqlar. Sadəcə olaraq, bu addım yaxın vaxtlarda danışıqlar prosesində yeni təmaslara maksimal imkan yarada bilər. Mübadilə pozitiv atmosfer yaradır. Lakin yenə də vurğulayıram ki, bu, danışıqlar prosesində konkret sənədlər üzrə razılaşmaya səbəb olmayacaq”, - Markov hesab edir.
Asif
-
ABŞ01:41Putin Trampı təbrik etdi
-
Səhiyyə00:45İsmayıllıdakı qəzada ölənlərdən biri həkim imiş
-
Qoroskop00:30Günün ULDUZ FALI - Belə hərəkət etmək sizə uğur gətirəcək
-
Magazin200:0081 yaşlı Türkan Şorayın son halı - FOTO
-
Sosial4 İyul 23:36Qəza vaxtı Amalın qanında narkotik və ya spirt olub? - Ekspert rəyi
-
Magazin24 İyul 22:00CeyLo onun toyuna dərin sinə dekolteli libasda getdi - FOTOLAR
-
Sosial4 İyul 21:36Xanım deputata ağır itki üz verdi
-
Sosial4 İyul 21:24Həbsdə olan "Arzum" ilk dəfə danışdı - Vəkilinə deyib ki...





























.jpg)





