Nida Təhlil
Ekspertdən ABŞ dolları ilə bağlı AÇIQLAMA: "Hamı qızıla ona görə qaçır ki..."
“Bir neçə gün əvvəl Səudiyyə Ərəbistanının neft obyektlərinə dron hücumları nəticəndə qızılın da qiymətinin kəskin şəkildə qalxıb-düşməsi faktı sensasiya ilə qarşılanmamalıdır”.
Bu sözləri Publika.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.
Ekspert bildirib ki, neft, qızıl və ABŞ dolları arasındakı mövcud əlaqəyə görə bazarlarda təlatümlər yaşanır və bu, təşvişə səbəb olur: “Qızıl sərmayə vasitəsidir, investorlar üçün sərbəst vəsaitlərini saxlamağa görə ən gözəl və əlverişli istinad obyektidir. Ümumiyyətlə, qızıl, neft və ABŞ dolları arasında bir əlaqə mövcuddur. Bu da dünya iqtisadiyyatında real vəziyyəti müəyyən etməyə imkan yaradır. Belə ki, birjalarda təlatüm ortaya çıxdıqda, investorlarda bir qeyri-müəyyənlik yarandıqda, həmçinin ABŞ valyutası dünyanın digər aparıcı valyutalarına münasibətdə bir qədər ucuzlaşdıqda qızılın həmişə bahalaşdığının şahidi oluruq. Çünki, qızıl bir növ sığorta mənbəyidir, risklərdən qaçmaq - müdafiə üçün demək olar, alternativsiz vasitədir.

Qızılın qiyməti ilə bağlı son dəyişikliklərə və sıçrayış xarakterli ziddiyyətlə qalxıb-düşməsi tempinə gəldikdə isə bu, bilavasitə dünya iqtisadiyyatında, bazarlarında, birjalarında, xüsusən də strateji xammalların satış qiymətlərində son vaxtlar baş verən məqamlarla əlaqədardır. Belə ki, istər ABŞ-Çin münasibətlərini, istər neft bazarındakı prosesləri, istərsə də bayaq qeyd etdiyimə uyğun olaraq dünyanın aparıcı milli valyutalarının dəyərləri ilə bağlı mərkəzi bankların apardıqları, həyata keçirdikləri müvafiq siyasətləri ilə bağlı risklər çoxalıb. Məhz bu səbəbdən də qızılın qiymətlərində oynamalar qeydə alınır”.
Ekspert bildirib ki, buna görə də hər hansı bir qeyri-müəyyənlik ortaya çıxdıqda aparıcı səhmdarların və o cümlədən, iri iqtisadiyyata malik ölkələrin öz ehtiyatlarının strukturunda dərhal qızıl həcmini artırmaqları təbii qarşılanmalıdır: “Bu baxımdan, məsələn, bir neçə gün əvvəl Səudiyyə Ərəbistanının neft obyektlərinə dron hücumları nəticəndə qızılın da qiymətinin kəskin şəkildə qalxıb-düşməsi faktı sensasiya ilə qarşılanmamalıdır. Ancaq bu cür hallar müvəqqəti xarakter daşıyır”.
Zümrüd
-
Magazin210:04Məşhur aktyor yatıb ayılmadı
-
Hadisə09:53Hövsanda müəllim əri tərəfindən qətlə yetirildi - Foto
-
Magazin209:10Məşhur müğənni niyə yoxa çıxıb?
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan






























.jpg)



.jpg)

