Kərimlinin mənəvi terroru və “troll ordusu”nun məqsədi
Bizi izləyin

Nida Təhlil

Kərimlinin mənəvi terroru və “troll ordusu”nun məqsədi

AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlının ailəsində baş verənlərin müzakirəsi, cəbhəçilərin Selcan Yağmur və anası Zümrüd Yağmura qarşı hücumları, Rəşid Turabovun trolların idarə olunduğu qapalı “WhatsApp” qrupuna göndərdiyi səsyazısı və digər faktlar Əli Kərimli və komandasının qarşı tərəfə - hakimiyyətə ittihamlar yağdırmasının əsas səbəbinin öz əməllərini gizlətmək məqsədi daşıdığını ortaya çıxardı.

Selcan Yağmurun açıqladığı faktlar təsdiqlədi ki, cəmiyyətə insan azadlığından danışan və hakimiyyəti zorakılıqda ittiham edən Əli Kərimli F.Qəhrəmanlının ailəsində törətdiyi zorakılığa haqq qazandırıb. Bu faktın ortaya çıxmasından sonra Əli Kərimlinin “troll dəstəsi”nin Qəhrəmanlının ailəsinə qarşı hücumları göstərdi ki, bu qüvvələr öz maraqları naminə hətta yaxınlarını belə qurban verməyə hazırdırlar.

İllərdir partiyadaş olduqları F.Qəhrəmanlının qızının Əli Kərimlini ifşa etməsini ona bağışlamadılar. Yeniyetmə qızı narkomandan tutmuş mental xəstəyə qədər ittihamlarla aşağıladılar. Analoji linç F.Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmura qarşı da aparıldı. Hətta bu məsələdə Yağmurların tərəfini tutanlar da söyüş və təhqir hücumlarına qonaq edildi.

Uzun illər Əli Kərimliyə dəstək verən hüquqşünas Ənağı Hacıbəyli də zorakılığa görə Qəhrəmanlını tənqid etdiyi üçün Kərimlinin trollarının mənəvi terroruna məruz qaldı.

Ə.Hacıbəyli deyir ki, F.Qəhrəmanlının ailə məsələsi ilə bağlı fikirlərinə görə cəbhəçilər onu satqın, yaltaq adlandırır.

2013-cü ilin prezident seçkilərində Milli Şuranın rəhbər orqanının fəal üzvü kimi hər şey gözlərim qarşısında baş verirdi. İctimai Palatada (KŞ-nin üzvü olmuşam), sonra isə prezident seçkilərində müşahidələrim məni xeyli məyus elədi. Seçkinin nəticələri ilə bağlı bir analitik yazı yazdım, səhvləri, nə etmək gərək olduğunu göstərdim. Müsavatçılardan bir neçə nəfər onların xoşuna gəlməyən adi tənqidi bir cümləyə görə məni təhqir elədilər. Amma heç kəs mənə satqın və yaltaq demədi. Amma Fuad Qəhrəmanlı olayı ilə bağlı fikrimə görə, cəbhəçilər məni satqın və yaltaq adlandırdı. Status ilə müzakirə açan dostumuz Namizəd bəy (Namizəd Səfərov nəzərdə tutulur - red.) nəinki susdu, hətta təhqiramiz rəylərin əksəriyyətini bəyəndi. Cəbhə rəhbərliyinin ruporu İlham Hüseyn mənə qrant yeyib susan, ağzını skoçlayan ittihamı verdi. Zərdabdan Avropayadək uzanan ekspertlər mənə ad qoydular, məni, nəslimi, mövqeyimi dəqiq tanıyan və bilən Əli Kərimli onunla kifayətləndi ki, başqasını nahaqdan, xorla təhqir edən adamlara troll demək olmaz. Troll definisiyasına sığmayan adamların isə başqalarının təhqiramiz olmayan fikrinə təhqirlə cavab verməsinə normal baxmaq olar, eləmi? AXCP NTK-ya müraciət etməyi tövsiyə edən sədr bilmirmi ki, o rəyləri yazanlar içərisində həmin o NTK üzvləri də var”, - o yazır.

Bu faktlar bir daha sübut etdi ki,

- Əli Kərimli öz maraqları naminə zorakılığı dəstəkləyir;
- Öz məqsədlərinə çatmaq naminə istər real, istərsə virtual platformada qəddar metodlardan istifadə edir;
- Ona qarşı çıxan istənilən adamı, hətta ən yaxını olsa belə “məhv etməkdən” çəkinmir;
- Özü troll ordusuna birbaşa rəhbərlik edir;
- Trollarının vasitəsilə sosial şəbəkələrdə kampaniyalar təşkil edir, müxtəlif şəxsləri hədəfə götürür, aşağılayır, yalan və dezinformasiya yayır;
- Siyasi ambisiyaları uğuruna hər kəsi, illərlə dostluq etdiklərini, həyatını onun eqoları üçün puç edənləri belə qurban verməyə hazırdır.


Göründüyü kimi, Əli Kərimlinin hakimiyyətə qarşı irəli sürdüyü ittihamlarının arxasında öz əməllərini gizlətmək məqsədi olub.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm