Nida Təhlil
Prezidentin çıxışı Paşinyana növbəti tərs şillə oldu - Millət vəkili
“Azərbaycan Prezidentinin Aşqabaddakı çıxışı Ermənistanın baş nazirinə vurulan növbəti tərs şillə oldu”.
Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.
Deputat bildirib ki, Azərbaycan Prezidentinin “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasından sonra Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı Ermənistana və bu ölkənin baş naziri Nikol Paşinyana növbəti tərs şillə oldu: “Azərbaycan Prezidenti öz çıxışında ölkəmizin faşizm üzərində qələbə qazanmasında müstəsna xidmətləri barədə danışaraq toplantı iştirakçılarının diqqətinə çatdırıb ki, faşizm üzərində qələbəyə Azərbaycan layiqli töhfə verib. Altı yüz mindən çox azərbaycanlının Böyük Vətən Müharibəsində döyüşdüyünü və onların yarısının canlarından keçdiyini vurğulayan Prezident yüksək tribunadan cəbhə üçün çox zəruri olan yanacağın çox hissəsinin Azərbaycanın payına düşdüyünü qeyd etdi. Dövlət başçısı vurğuladı ki, Bakı nefti olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi. Faktlarla danışan Prezident bunun qarşılığında MDB məkanında, xüsusən Ermənistanda faşizmin təbliğatının aparıldığını, faşizmə xidmət edən şəxslərin xatirəsinə abidə ucaldılmasının qəbuledilməz olduğunu təəssüflə iclas iştirakçılarının diqqətinə çatdırdı”.
Professorun sözlərinə görə, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri və Ermənistanın işğalçılıq siyasətini dünyaya çatdırmaq üçün daim beynəlxalq tribunalardan öz kəskin, qətiyyətli mövqeyini ifadə edib: “Dövlətimizin başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm açıqlamalarına səbirlə dözərək yerində, məqamında, daha uyğun məkanda cavab verməyi üstün tutur. Prezident İlham Əliyev hücum taktikasından istifadə edərək işğalçı Ermənistanın rəhbərliyinə siyasi kürsülərdən bir-birinin ardınca zərbələr vurmaqda davam edir.
Prezident vurğuladı ki, 2016-cı ildə Ermənistan İrəvanın mərkəzində Böyük Vətən Müharibəsində faşistlərə yardım etmiş Qaregin Njdeyə abidə ucaldıb: “Dövlət başçısı Qaregin Njdenin birbaşa faşistlərlə əməkdaşlıq etməsini konkret faktlarla sübut edərək 2011-2015-ci illərdə hazırlanmış ensiklopediyadan sitatlar gətirdi. Ensiklopediyanın Rusiyanın Müdafiə Nazirliyinin Kollegiyası tərəfindən, Müdafiə naziri Sergey Şoyqunun birbaşa rəhbərliyi ilə hazırlandığını qeyd edən Azərbaycan Prezidenti çox uğurlu siyasi gediş etdi. Azərbaycan lideri bununla da Paşinyanı susdurdu, onun iddialarını darmadağın etdi. Dövlət başçısının bu çıxışından sonra erməni mətbuatı Paşinyanı çox kəskin tənqid etdi. Vurğulandı ki, Ermənistanın baş naziri həddindən artıq səriştəsiz, savadsız və populist siyasətçidir. Prezident İlham Əliyev isə lazımi yerdə, lazımi məqamda Azərbaycan həqiqətlərini ən yüksək tribunadan səsləndirir və bunları tarixi faktlarla təsdiqləyir”.
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib




















.jpg)

















