Nida Təhlil
Prezidentdən SƏRT XƏBƏRDARLIQ: O icra başçılarının canına qorxu düşdü və təcili şəkildə...
“Əvvəl otağından çıxmayan icra başçıları artıq bölgələrə səfərlər təşkil edirlər, kənd-kənd, qəsəbə-qəsəbə gəzirlər. Bu da onların canına düşən qorxunun təzahürüdür”.
Bu sözləri Publika.az-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, tanınmış şərqşünas Seyid Camal Əzimbəyli deyib.

Prezident İlham Əliyevin apardığı son kadr islahatlarından danışan şərqşünas bildirib ki, bütün bu işlər Azərbaycan xalqının mənafeyinə, rifahına hesablanıb: “Hər zaman xalqın içində olan bir ziyalı, iman adamı kimi bildirmək istəyirəm ki, son günlər ölkə başçısı cənab İlham Əliyevin apardığı kadr islahatı, xüsusi olaraq gənclərin, potensial düşüncə sahibi olan, Azərbaycan dövlətçiliyinə xidmət göstərəcək şəxslərin vəzifələrə təyin olunması prosesi Azərbaycanın milli maraqlarını hər fürsətdə öndə tutan şəxslər tərəfindən alqışlandı. Mən də bu kadr islahatlarını Azərbaycan dövlətçiliyinin bütövlüyünə xidmət edən iqtidarın və ölkə başçısının apardığı uğurlu siyasət kimi dəyərləndirirəm. Düşünürəm ki, başqa məmurlar da yeni təyin olunan məmurların fəaliyyətindən örnək alacaq. Təsəvvür edin, yeni təyin edilən Xaçmaz rayonunun icra başçısı qapısını hər kəsin üzünə açıq qoyub. Bildirib ki, hər gün hər bir vətəndaş ona öz sözünü çatdıra bilər. Bununla yanaşı, daha bir gəncin Prezident Administrasiyasına rəhbər təyin olunması, sıravi insanlarda inamı daha da artırır. Düşünürəm ki, bu cür islahatlar getdikcə, Azərbaycan xalqının öz hakimiyyətinə inamı daha çox artırır”.
Seyid Camal Əzimbəyli qeyd edib ki, bəzi məmurlar artıq təşviş içindədir: “Məndə olan dəqiq informasiyaya görə, bəzi məmurlar artıq cənab prezidentin sərt çıxışlarından və xəbərdarlıqlarından sonra öz gündəliklərində - bu sözü cəsarətlə deyirəm - tələm-tələsik düzəlişlər və əlavələr etməyə başlayıblar. Əvvəl təkcə cümə günləri vətəndaşları qəbul saatları elan olunurdusa, indi hər gün bu proses aparılır. Düşünürəm, bu cür islahatların aparılması və cənab prezidentin açıq şəkildə bəzi məmurlara xəbərdarlıqları göstərir ki, Azərbaycanın milli maraqları üçün məmur və xalq arasındakı münasibətlərin daha da səmimiləşməsi və dərinləşməsinin şahidi ola biləcəyik. Çünki dövlətin mənbəyi xalqdır. Əgər prezident özü söyləyirsə ki, xalqa xidmət edirəm, hər bir vətəndaşın prezidentiyəm, o zaman onun təyin etdiyi məmurlar da prezidentdən dərs almalıdır. Günlərlə, aylarla bəzi məmurların, xüsusilə, bir çox icra başçısının qapısının ağzında növbəyə dayanan vətəndaşlar arasında narazılıqlar var idi. Xüsusilə bölgələrimizdə. Heç şübhəsiz ki, bu narazılıqlar hakimiyyətin əleyhinə çevrilirdi. Bəzi icra başçıları prezidentin tapşırıqlarından sonra təşvişə düşərək artıq bir deyil, bir neçə köməkçisini bu işə cəlb edib.
Hörmətli Mehriban xanım Əliyevanın da hər zaman etdiyi işləri son aylarda intensivləşdirməsi də diqqətimdən qaçmadı. Birinci xanım xüsusi olaraq, şəhid və qazi ailələri ilə yaxından təmas qurur və milli-mədəni irsimizin qorunması istiqamətində müqəddəs məkanlara baş çəkir. Bu da Azərbaycan dövlətinin mənəvi gücə sahiblənməsi deməkdir. İnanıram ki, kadr islahatları, gənclərə verilən rollar öz müsbət bəhrəsini verəcək və Azərbaycan xalqının mənafeyi naminə böyük uğurlar qazanacağıq”.
Zümrüd
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı





































