Nida Təhlil
Sığorta sahəsində maarifləndirmə gücləndirilməlidir - EKSPERT
“Cənab Prezident sığorta ilə bağlı xüsusi tapşırıqlar verdi ki, insanlar arasında maarifləndirmə işləri aparılsın, onlara sığorta haqqında məlumat verilsin”.
Bu fikirləri Publika.az-a Prezidentin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə yekun nitqinə münasibət bildirərkən sığorta üzrə ekspert Kamran Babayev səsləndirib.
Ekspert bildirib ki, heç kim bilmədiyi, məlumatı olmayan nəyəsə pul xərcləmək istəmir: “Əlbəttə ki, burada xüsusi yük sığorta şirkətlərinin üzərinə düşür. İcbari Sığorta Bürosu, sığorta şirkətləri və bazara nəzarət edən orqan maarifləndirmə işlərini birgə aparmalıdır. “İcbari sığortalar haqqında” qanun ləğv edilməyib və buna görə də qanun daşınmaz əmlakın icbari sığortasını tələb edir. Sığorta bazarının inkişafı ilə bağlı 2019-cu ildə təsdiqlənmiş tədbirlər planı var. Həmin planda maarifləndirmə işlərinə xüsusi yer ayrılıb. Bu məqsədlə fərqli metodlardan istifadə ediləcək. Videoçarxlar bu baxımdan effektiv ola bilər. Maarifləndirmə işləri elə səviyyədə təşkil olunmalıdır ki, insanları sığortaya cəlb etmək mümkün olsun”.
Tağı Həsənov
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…







.jpg)

























.jpg)
.jpg)

