Nida Təhlil
Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi əhəmiyyətə malikdir - ŞƏRH
Dünya İqtisadi Forumu beynəlxalq iqtisadiyyatda ötən il ərzində baş verən hadisələr üzrə müəyyən təhlillərin aparılması və növbəti illər ərzində gözlənilən məsələlərlə bağlı diskussiyaların, panellər və çoxtərəfli görüşlərin təşviq olunduğu bir platformadır.
Bu fikirləri Publika.az-a açıqlamasında iqtisadçı Elman Sadıqov səsləndirib.
İqtisadçı vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyəti olan ölkələr siyahısındadır: “Forumda önəmli məsələlərdən olan qlobal iqtisadiyyatdakı mövcud çağırışlar müzakirə olunur. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu tərəfindən müxtəlif ölkələrə tövsiyələr verilir. BVF-nin bu yaxınlarda verdiyi açıqlamaya görə, qlobal iqtisadiyyat ciddi problemlərlə üzləşə bilər. ABŞ, Yaponiya kimi ölkələr doymuş iqtisadiyyata malikdir. Bu fonda da inkişaf etməkdə olan, xüsusilə orta gəlirli ölkələrə daha çox diqqət ayrılır. Çünki onlara həm investisiya nöqteyi-nəzərdən, həm də iqtisadiyyatlarının durğunluqdan çıxması üçün potensial kimi baxılır. Həmin ölkələrdən biri də Azərbaycandır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyətə malikdir. Azərbaycan qeyri-neft sektorunda artım potensialı olan ölkədir, bu isə iqtisadiyyatın böyüməsinə rəvac verir. Bu mənada tədbirdə diqqət mərkəzində ola biləcək ölkələrdən biridir”.
E.Sadıqov qeyd edib ki, Prezident İlham Əliyevin Forum çərçivəsində keçirdiyi ikitərəfli görüşlər ölkəyə investisiya cəlbinin artmasına təsir göstərə bilər: “Bu baxımdan ölkə başçısının “VTB Bank”ın prezidenti Andrey Kostinlə görüşü xüsusilə əhəmiyyətlidir. Prezident bankın Azərbaycan iqtisadiyyatının real sektoruna kredit qoyuluşunun artırılmasını təklif etdi. Bir sözlə, Davos İqtisadi Forumu bütün ölkələr üçün xüsusi əhəmiyyəti olan tədbirə çevrilib”.
Tağı Həsənov
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...





































