Nida Təhlil
Xətainin heykəlinin layiq olduğu məkanda yerləşdirilməsi çox gözəl addımdır
Şah İsmayıl Xətainin heykəlinin olduğu yerdən götürülməsi və onun layiq olduğu məkanda yerləşdirilməsi çox gözəl addımdır.
Bu sözləri Publika.az-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib.

Şərqşünas qeyd edib ki, heykəlin ətrafında abadlıq işlərinin aparılması və parkın salınması Azərbaycan xalqının, xüsusi olaraq öz tarixinə, keçmişinə sahib durmaq yolunda mücadilə verən bütün fikir adamlarının sevincinə səbəb olub: “Bu gün Prezident İlham Əliyevin Xətainin köçürüldüyü parkda olması, heykəlin önünə gül dəstələri qoyması təmsil etdiyim 100 minlərlə inanclı Azərbaycan insanının adına da düşünürəm ki, təqdirəlayiqdir. Bu, şanlı tariximizin parçasına dil uzadanlara və bunu təftiş edənlərə qarşı tutarlı cavab oldu. Şah İsmayıl Xətainin qurduğu və idarə etdiyi Səfəvi dövləti şanlı tariximizin bir parçasıdır. Bu tarixə dövlətimizin yüksək səviyyədə sahib çıxması, tariximizdə yeri, izi olan şəxslərə lazımı dəyərin verilməsi qürurverici addımdır”.
Tağı Həsənov
-
Region02:19ABŞ dronlarla hücuma keçdi? - Qeşm adasında partlayış səsləri eşidildi
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması







.jpg)




.webp)

















.jpg)
.jpg)


