Nida Təhlil
Sosialyönümlü layihələr uğurla icra olunur - Şərh
“Ölkə başçısının əsas amalı odur ki, regionlarda yaşayış səviyyəsi eyni olsun”.
Bunu Publika.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Politoloq ölkə başçısının regionlara səfərini belə şərh edib: “Prezident İlham Əliyevin regionlara səfəri mühüm əhəmiyyət kəsb edir. Mütəmadi səfərlər sayəsində ölkə başçısı regionlardakı vəziyyəti öyrənir, konkret problemlərin həlli ilə bağlı göstərişlər verir. Onun əsas amalı odur ki, bütün regionlarda yaşayış səviyyəsi eyni olsun, fərqlənməsin. Qərb regionu təbii yataqlarla (xüsusilə qızıl, dəmir) zəngindir və orada müxtəlif dağ-mədən sənayesi müəssisələri fəaliyyət göstərir. Kənd təsərrüfatı üçün əlverişli təbiəti var. Vaxtilə aparıcı südçülük regionlarından biri idi. Regionun mühüm əhəmiyyəti də Gürcüstanla sərhəd olmasıdır. Yəni vacib tranzit yükdaşımalar oradan keçir.
Son 16 ildə sosial infrastruktur inkişaf edib. Sosialyönümlü layihələrin uğurlu icrası həm əhalinin güzəranını yaxşılaşdırır, həm də kənddən şəhərə axının azalmasına dəstək olur. Aqrar sektorun inkişafı hazırda prioritet məsələdir. Bu sahənin inkişafı iqtisadi göstəricilərə mühüm təsir göstərir”.
İ.Vəlizadə ölkədə koronavirusa qarşı aparılan mübarizə tədbirlərinin əhəmiyyətindən də danışıb: “Yeni tip virusla mübarizə iki istiqamətdə həyata keçirilir. Birinci istiqamət kimi maarifləndirmə işlərini və Nazirlər Kabineti yanında operativ qərargahı deyə bilərik. İkinci istiqamət isə praktikadır. Xəstəxanalarda və ya diaqnostika mərkəzlərində xüsusi müayinə tədbirləri həyata keçirilir. Məktəblərdə, ali təhsil ocaqlarında dezinfeksiya işlərinin aparılmasını müsbət qiymətləndirirəm. İnsanların kütləvi toplaşdığı yerlərdə də biz bunu müşahidə edirik. Düşünürəm ki, kifayət qədər effektli addımlardır”.
Məhərrəm Əliyev
-
İqtisadi gündəm03:13Qızıl kəskin ucuzlaşdı
-
Sosial02:12Həmin tuneli yenə su basıbmış - VİDEO
-
Avropa01:41Krakovda Qətliam törədən şəxsin evində meyitlər aşkarlandı
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial7 Noyabr 21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin27 Noyabr 20:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO

































.jpg)

