Nida Təhlil
Prezident şəxsi nümunəsində bunu bir daha göstərdi - Elçin Şıxlı
“Prezident İlham Əliyev tapşırdığı işlərin icrasına şəxsən nəzarət edir”.
Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib.
E.Şıxlı qeyd edib ki, ölkə başçısının koronavirus təhlükəsinin olduğu bir dövrdə regionlara səfər etməsi təqdirəlayiqdir: “Virusa görə ölkə işləri dayandıra bilməz. Prezident də vəziyyəti çox gözəl anlayır. İş getməlidir, həyat davam edir. İlham Əliyev bu şüar altında öz fəaliyyətini davam etdirir”.
Azərbaycan Jurnalistlər Birliyinin sədri ölkə başçısının məmurlara iradından da danışıb: “İnsanlar anlamalıdırlar ki, Prezident özü birbaşa onlarla ünsiyyətdə olmaq istəyir. Yəni icra başçısı yanında onlar özlərini nisbətən narahat hiss edirlər. İlham Əliyev səfərləri ilə göstərdi ki, məmur tapşırıq və vəzifə yerinə yetirən şəxsdir. Və onlara tapşırılan işləri icra etməlidir. Hətta valideyn öz övladını tərbiyə edən zaman ona sadəcə söz deyirsə, əyani misal və nümunə göstərmirsə, övladı onu bir o qədər də ciddiyə almır. Prezident şəxsi nümunəsində göstərdi ki, verilən tapşırıqları düzgün şəkildə yerinə yetirmək lazımdır. Ölkə başçısı qeyd etdi ki, mənə də adi stul verin, amma işlərinizi düzgün qurun. Xüsusilə bildirdi ki, o da xalqdan biridir”.
Tağı Həsənov
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





